Məhkəmə qərarları › İş №2(039)-1583/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1583/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1583/2020 14.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 iştirakı ilə, X3 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə ümumilikdə 995,24 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin müştərək qaydada BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "X4" MMC-nin Yevlax filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə- xx xxxxxx 2020-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 2015 manat məbləğində kredit verilmişdir. BOKT "X4'' MMCnin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxxxxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq alaraq həyata keçirilir. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zaminlər kredit müqaviləsinin icra edilməməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək iddia tələbini qəbul etdiyini, maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini və borcunu gələcəkdə hissə-hissə ödəyə biləcəyini bildirərək, məhkəmədən iddianın ona münasibətdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəməyə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh1 xx xxx 2018-ci il tarixdə ölmüşdür. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh1 münasibətdə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, BOKT "X4" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh3 40 ay müddətinə, 0 faiz dərəcəsi ilə 2015 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxxx 2016-cı il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "X4" MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında xx xxxxxxx 2016-cı il tarixli, LD********** №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019cu il tarixli bildirişdən görünür ki, BOKT “X4" MMC LD********** №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT "xxxxxxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxxxxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə ümumilikdə 955,24 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh3 kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlər Cavabdeh3 və Cavabdeh2 955,24 manat kredit borcunun tutulması hissəsində əsaslıdır və həmin hissədə iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh3 və Cavabdeh2 955,24 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu X3 Kredit Təşkilatı "xxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar