Məhkəmə qərarları › İş №2(039)-1601/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1601/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1601/2025 21.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 480 (dörd yüz səksən) manat borcun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhərində avtomobillərin təmiri sexində usta-rəngsaz (malyar) işləyir. Cavabdeh əvvəllər tanımamışdır. 13 may 2025-ci il tarixdə Cavabdeh özünə məxsus olan «Chevrolet Malibu» markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobili onun yanına gətirmiş və avtomobilin rənglənməsini xahiş etmişdir. Həmin avtomobilə baxmış və bütün avadanlıqlar da ondan (iddiaçı) olmaq şərti ilə bu işi 480 manata görə biləcəyini bildirmişdir. Cavabdeh də bununla razılaşmış və avtomobili onun (iddiaçının) yanında qoyub getmişdir. O may ayının 15-də avtomobili tam hazır vəziyyətə gətirmiş və cavabdeh gəlib avtomoibili götürmüşdür. Həmin vaxt pulu ödəməsini bildirmiş, cavabdeh öz arvadına zəng edərək, karta pul köçürməsini demişdir. Sonra isə gedib arvadından pulu göturub gələcəyini demişdir. Bundan sonra avtombili də götürüb getmiş, lakin aradan neçə gün keçməsinə baxmayaraq gəlməmiş, nə də pulu verməmişdir. Daha sonra isə cavabdeh onun xənginə və mesajlarına cavab verməmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğu iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Yevlax şəhərində 7 saylı məktəbin yanında yerləşən təkər təmiri sexində usta işləyir. İddiaçı uzun müddətdir ki, tanıyır. İddiaçı ilə cavabdehi o (şahid) tanış etmişdir. Cavabdeh əvvəlcə təkər düzəltirmək üçün ona (şahidə) müraciət etmiş, sonra isə maşında boyaq işlərinin görülməli olduğunu demişdir. O (şahid) da zəng edərək Babəyi çağırmış və cavabdehlə Babək həmin maşının rənglənməsi ilə bağlı öz aralarında razılığa gəlmişlər. Babək cavabdehə məxsus maşında görülməli olduğu işləri, yəni rənglənmə işlərini tamamlamış, lakin cavabdeh iddiaçının pulunu verməmişdir. Cavabdehin ona (şahidə) 90 manat, iddiaçıya isə 500 manata yaxın borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, təkər təmiri və satışı ilə məşğul olur. Cavabdeh onun işlədiyi yerə gələrək, maşının disklərinin rənglənməsinin lazım olduğunu demişdir. Diskləri söküb hazırlamışlar və İddiaçı zəng edərək, disklərin rənglənməli olduğunu bildirmişlər. İddiaçı da gəlmiş və diskləri rəngləyəcəyini demişdir. Cavabdeh sonra maşınında rənglənməli yerlərin olduğunu demiş və İddiaçı cavabdehin maşınını rəngləmişdir. Cavabdeh gəlib maşını götürmüş və pulu karta köçürəcəyini demişdir. Lakin sonra cavabdeh pulu ödəməmişdir. Görüləcək işlərin dəyərini cavabdehlə İddiaçı danışıb razılaşmışlar. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında avtomobilin rənglənməsi haqqında şifahi qaydada razılaşma olmuş, iddiaçı cavabdehə məxsus maşını razılaşdıqları kimi rəngləmiş, lakin görülmüş işlərin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Həmin işlərin görülməsinə görə cavabdehin iddiaçıya 400 (dörd yüz) manat borcu qalmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmn edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Mehman oğlundan 400 (dörd yüz) manat borc pul alınaraq İddiaçı verilsin. Cavabdeh Mehman oğlundan 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar