Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1604/2025 01.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4600 (dörd min altı yüz) manat pulun və 66 (altmış altı) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi iazahatında göstərmişdir ki, BOKT "xxxx" MMC ilə aralarında bağlanmış 02 aprel 2025-ci il tarixli zaminlik müqaviləsinə əsasən o (iddiaçı) tanışı Cavabdeh 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit təşkilatından aldığı 4000 (dörd min) ABŞ dolları kredit üzrə kredit təşkilatı qarşısında olan öhdəliklərin icra edilməsinə zamin durmuşdur. Cavabdeh aldığı kreditin 4600 (dörd min altı yüz) manatını kredit təşkilatına ödəməkdən yayınmış və həmin 4600 (dörd min altı yüz) manat pulu kredit təşkilatına o (iddiaçı) ödəmişdir. Zamanlik müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyi barədə cavabdehə dəfələrlə məlumat vermiş, lakin cavabdeh kredit təşkilatına onun əvəzinə ödədiyi 4600 (dörd min altı yüz) manat pulu ona ödəməmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, BOKT "xxxx" MMC ilə aralarında bağlanmış 02 aprel 2025-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı ilə kredit təşkilatı arasında zaminlik müqaviləsi bağlanmış və iddiaçı onun (cavabdehin) həmin kredit təşkilatına yaranmış 4600 (dörd min altı yüz) manat borcunu ödəmişdir. Maddi imkanı olmadığından iddiaçıya yaranmış borcunu ödəyə bilməmişdir. Hazırda iddianı etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh 24 ay müddətinə 4000 (dörd min) ABŞ dolları kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan 20ö11.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən BOKT "xxxx" MMC-nin hesabına 4600 (dörd min altı yüz) manat ödənilmişdir. İşdə olan BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 049 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli, L-MN-0036198-F saylı kredit müqaviləsi üzrə öhdəlik xx.xx.2024-cü il tarixdə tam icra edilmişdir. Borclular Cavabdeh, İddiaçı və X1 BOKT "xxxx" MMC qarşısında heç bir öhdəlikləri qalmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat pul və 66 (altmış altı) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1604/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1604/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver