Məhkəmə qərarları › İş №2(039)-1605/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1605/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1605/2025 04.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 650000 (altı yüz əlli) rus rublunun bu günkü günə olan Azərbaycan manatına məzənnəsi ilə 13000 (on üç min) manatın, 2500 (iki min beş yüz) manat pulun və 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianın həcminin azaldılmasına dair ərizə verərək, Cavabdeh 15450 (on beş min dörd yüz əlli) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddi ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə Moskva şəhərində yaşadıqları müddətdə tanış olmuşlar. Cavabdehlə yaxın rəfiqə olmuşlar və münasibətləri çox yaxşı olmuşdur. 2025-ci ilin fevral ayında Moskva şəhərində olduqları zaman Cavabdeh dayısının əməliyyatı üçün ondan 2500 (iki min beş yüz) manat borc pul istəmişdir. O da anasına zəng edərək ona (iddiaçıya) məxsus olan və anasında saxladığı puldan cavabdehin verdiyi kart hesablarına həmin məbələğdə pul köçürməsini xahiş etmişdir. Anası da cavabdehin verdiyi kart hesabına bir neçə dəfəyə cəmi 2500 (iki min beş yüz) manat pul köçürtmüşdür. Bundan sonra, yəni 07 mart 2025-ci ildə Cavabdeh Moskva şəhərində ondan əlavə olaraq 650 000 (altı yüz əlli min) rus rublu borc pul istəmiş və o da həmin məbləğdə pulu cavabdehə borc olaraq vermişdir. Lakin cavabdeh ondan aldığı borc pulları ona qaytarmamışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh aldığı 2500 (iki min beş yüz) manat borc puldan 200 (iki yüz) manatını ona qaytarmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, tərəflər Moskva şəhərində yaşamışlar, rəfiqə olmuşlar və münasibətləri həmişə yaxşı olmuşdur. İddiaçı faizlə pul götürərək, Cavabdeh 650 000 (altı yüz əlli min) rus rublu vermişdir. İddiaçı həmin pulu özü bağlamış və cavabdehin iddiaçıya 650 000 (altı yüz əlli min) rus rublu borcu qalmışdır. Cavabdeh həmin məbləğə görə iddiaçıya 100 000 (bir yüz min) rus rublu faiz ödəmiş, lakin əsas borcu qaytara bilməmişdir. Cavabdeh hazırda həmin borcu, yəni 650 000 (altı yüz əlli min) rus rublunu qaytarmağa etiraz etmir. İddiaçı tərəfindən cavabdehə 2025-ci ilin fevral ayında 2500 (iki min beş yüz) manat borc verilməmişdir. Hazırkı iş üzrə cavabdeh olan qızı Cavabdeh ona zəng edərək, onun kartına pul gələcəyini, həmin məbləği rus rubluna çevirməsini və ona göndərməsini xahiş etmişdir. O da, qızı Firəngizin xahişi ilə həmin pulu rus rubluna çevirərək ona gndərmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan qəbzlərdən görünür ki, X1 hesabına xx.xx.2025-ci il tarixdə 200 manat və xx.xx.2025-ci il tarixdə 200 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 2025-cilin fevral ayında 400 (dörd yüz) manat və 2025-ci ilin mart ayında 650 000 (altı yüz əlli min) rus rublu borc almış, lakin aldığı borcunu qaytarmamışdar. Tələb edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında 650 000 (altı yüz əlli min) rus rublunun iddiaçı tərəfindən cavabdehə verildiyi mübahisə doğurmamışdır. Cavabdehin nümayəndəsi izahatında həmin məbləğin iddiaçı tərəfindən cavabdehə faizlə verildiyini göstərsə də, cavabdeh tərəfindən həmin halı, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya 100 000 (bir yüz min) rus rublunun ödənilməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş digər ödəniş qəbzlərinə münasibətdə qeyd edir ki, həmin qəbzlərdən köçürülən vəsaitlərin cavabdehin hesabına və ya cavabdehin xahişi ilə köçürülən hesablar olduğu müəyyən edilmir. Həmin halları təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmin qəbzlərdən iddiaçı tərəfindən cavabdehə (iddianın 2500 manat tələb hissəsi ilə bağlı) 400 manat pul verildiyi öz təsdiqini tapır. Həmin məbləğdən də 200 (iki yüz) manatı cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Həmin məbləğin, yəni 200 (iki yüz) manat vəsaitin cavabdeh tərəfindən iddiaçıya qaytarılması tərəflərin izahatları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək Cavabdeh 650 000 (altı yüz əlli min) rus rublunun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 200 (iki yüz) manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 129.6 (bir yüz iyirmi doqquz manat altmış qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 650 000 (altı yüz əlli min) rus rublunun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi, 200 (iki yüz) manat pul və 129.6 (Bir yüz iyirmi doqquz manat altmış qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar