Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1606/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı inzibati xəta nəticəsində vurulmuş zərərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, inzibati xəta nəticəsində ona dəymiş zərərə görə 3000 manat pulun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin törətmiş olduğu inzibati xəta nəticəsində ona ciddi zərər vurulmuşdur. Belə ki, cavabdeh 29 dekabr 2020-ci il tarixdə saat 16:30 radələrində Yevlax şəhəri şəhid H.Əliyev küçəsində yerləşən 2 saylı yaşayış binasının həyətində ona məxsus bir baş qara rəngli iri buynuzlu inək heyvanının başından vuraraq həmin heyvanın ölməsinə səbəb olmuşdur. Bununla da, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş, heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı inzibati xətanı törətmişdir. Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, Cavabdeh etdiyi əmələ görə cərimə edilmiş, ona vurmuş olduğu ziyanı isə ödəməmişdir. Tərəfindən dəfələrlə cavabdehə müraciət edilsə də, sonuncu vurulmuş ziyanı ona ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin dəlillərinə etiraz edərək bildirmişdir ki, törətdiyi inzibati xətaya görə cərimə olunub və bu səbəbdən iddiaçıya vurulmuş ziyanı ödəməli olması tamamilə əsassızdır. Eyni zamanda bildirmişdir ki, vurulmuş ziyanın 3000 manat hesablanması da tam əsassızdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax rayon Baytarlıq İdarəsinin 06 yanvar 2021-ci il tarixli aktından görünür ki, İddiaçı məxsus 1 baş iri buyunuzlu heyvan Cavabdeh tərəfindən daşla baş nahiyyəsindən vurularaq zədələnmişdir. 7 gün müalicə olunmasına baxmayaraq heyvan 06.01.2021-ci il tyarixdə ölmüşdür. Müayinə zamanı onun beyin zədələnməsindən ölməsi aşkar olunmuşdur. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin 3(039)-34/2021 saylı, 11.02.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 274-cü maddəsi ilə təqsirili bilinib 500 manat məbləğində cərimə edilməsi qərara almışdır. Həmin qərarda iddiaçıya vurulmuş ziyanın, yəni iddiaçıya məxsus olan və cavabdehin qanunsuz hərəkətləri nəticəsində ölmüş bir baş inəyin dəyərinin 1800-2000 manat olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 1800 manat dəyərində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1800 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 1800 (bir min səkkiz yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1606/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1606/2021
19.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver