Məhkəmə qərarları › İş №2(039)-1608/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1608/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1608/2020 20.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kodu **********60051 olan “Samsung Galaxy S10+” markalı telefon üçün 2148 manat ödənilməmiş hissə, 537 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2715 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh qiyməti 2685 manat olan 1 ədəd “Samsung Galaxy S10+” markalı telefonu 12 ay müddətinə, ilkin ödəniş 199 manat, aylıq ödəniş 179 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda ümumilikdə 2685 manat olmaqla, cavabdehin 2148 manat əsas borcu və 537 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 199 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərizində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o həmin borcu ödəməkdən yayınmışdır. İddiaşının nümayəndəsi F.H.İsrafilzadə Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək iddiaçının iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə gndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehəçatdırılmasıüçün Yevlax şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəliyin məhkəməyəünvanladığı məktubunda cavabdehin qeyd olunan ünvanda yaşamadığı və hansıünvanda yaşaması barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 00878660 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********60051 olan “Samsung Galaxy S10+” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan həmin tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********60051 olan 1 ədəd “Samsung Galaxy S10+” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 179 manat iddiaçıya ödəməlidir. Ödəniş cədvəlinin 2.bəndinə uyğun olaraq üzrə ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 2347 manat olan “Samsung Galaxy S10+” markalı telefon üçün ümumilikdə 2685 manat olmaqla, 2148 manat əsas borcu və 537 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 537 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu azaldılaraq 200 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə 2148 manat əsas borc və 200 manat cərimə borcu olmaqla, ümumilikdə 2348 manat pultutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2148 manat əsas borc və 200 manat cərimə borcu olmaqla, ümumilikdə 2348 manat borc və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar