Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1613/2022 01.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Yevlax rayon Hacıselli kənd sakini Cavabdeh arasında bağlanmış 24 dekabr 2004-cü il tarixli 15 nömrəli torpaq icarəsi müqaviləsinin müddətini göstərən 1-ci hissəsinin 2-ci cümləsindəki “30 (otuz) il” sözünün və 2.1-ci bəndinin qanunvericiliklə ziddiyyət təşkil etdiyinə görə etibarsız hesab edilməsi və qeyd edilən müqavilənin müddətinin 24 aprel 2019-cu il tarixdə bitməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı 24 dekabr 2004-cü il tarixli 30 saylı qərarına əsasən, Yevlax rayon Hacıselli kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 5 ha torpaq sahəsini 30 il müddətinə həmin kəndin sakini Cavabdeh icarəyə vermişdir. Həmin vaxtdan da torpaq sahəsi fasiləsiz olaraq Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 14 iyun 2021-ci il tarixli 5-İ-22/4 nömrəli məktubu ilə İddiaçınə müraciət edilərək Cavabdeh 5 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 10 oktyabr 2004cü il tarixli 32 nömrəli qərarının ləğv edilməsi, həmin torpaq sahəsinə dair yuxarıda qeyd edilən icarə müqaviləsinin ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. Bununla bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin ləğv edilməsinə razılıq vermir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 24 dekabr 2004-cü il tarixli 15 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, müqavilələrdə pretenziya qaydası 60 gün olaraq müəyyən edilmişdir. İddiaçı pretenziya qaydasına riayət etməmişdir. Belə ki, cavabdehə pretenziya məktubu göndərmədən 21 iyun 2022-ci il tarixdə «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1613/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1613/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver