Məhkəmə qərarları › İş №2(039)-1616/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1616/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1616/2020 08.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X5 (bundan sonra mətndə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 7696,73 manat məbləğində əsas borc, 490,71 manat faiz borcu olmaqla, cəmi 8187,44 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə xx.xx.2019-cu il tarixdə bağladığı BPM**********01 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 17 faiz dəəcəsi ilə hesablanmaqla 7930 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdeh banka borcu 7696,73 manat məbləğində əsas borc, 490,71 manat faiz borcu olmaqla, cəmi 8187,44 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək iddia tələbini qəbul etdiyini, işdən çıxdığı üçün banka olan borcunu qaytara bilmədiyini, hazırda işə düzəldiyini və gələcəkdə borcunu ödəyə biləcəyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə BPM**********01 №li kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh 17 faiz ödəmək şərti ilə 48 ay müddətinə 7930 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixə kredit müqaviləsi üzrə 7696,73 manat məbləğində əsas borcu, 490,71 manat faiz borcu olmaqla, cəmi 8187,44 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh banka olan 7696,73 manat məbləğində əsas borcu, 490,71 manat faiz borcu olmaqla, cəmi 8187,44 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 7696,73 manat məbləğində borcu, 490,71 manat faiz borcu olmaqla, cəmi 8187,44 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul, habelə 0,40 manat bank xidməti haqqı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7696,73 manat məbləğində əsas borc, 490,71 manat faiz borcu olmaqla, cəmi 8187,44 manat məbləğində borc və 30,40 dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3 xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar