Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1622/2021 25.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 224,75 manat məbləğində əsas borc, 11,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 236,47 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış 02.09.2019-cu il tarixli YevFQK-1748 saylı kredit müqaviləsinə əsasən borcluya illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay 48,50 manat olmaqla, cəmi 581,95 manat məbləğində ödəniş etməli olduğu halda, yalnız 379,81 manat (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etmişdir. Borclu bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmağına baxmayaraq, yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2019-cu il tarixli, YevFQK-1748 saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən Cavabdeh illik 29 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.09.2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 224,75 manat məbləğində əsas borcu, 11,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 236,47 manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka 224,75 manat məbləğində əsas borcu, 11,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 236,47 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 224,75 manat məbləğində əsas borc, 11,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 236,47 manat borc Cavabdeh alınaraq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə ödənilməmiş 224,75 manat məbləğində əsas borc, 11,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 236 (iki yüz otuz altı) manat 47 (qırx yeddi) qəpik məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq BOKT İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova İş № 2(039)-1622/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə Protokol Mən, Yevlax Rayon Məhkəməsinin hakimi Cavadova Günay İsmayıl qızı 25 avqust 2021-ci il tarixində saat 15:00-da, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, iddianın təmin edilməsi barədə qətnaməni qəbul etdim. Hakim: Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1622/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1622/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver