Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1629/2023 18.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şaqları Türkan Balakişiyevanın və Ayşən Balakişiyevanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən alınan alimentin məbləği artırılaraq hər ay hər uşağa, görə sabit pul məbləğində 220 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 13 noyabr 2006-cı il tarixdə faktiki ailə qurmuş, nikahlarını 03 iyul 2009-cu il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahdan 2 uşağı 15 iyun 2007-ci il tarixdə X3 və 15 iyun 2010-cu il tarixdə X4 anadan olmuşdur. Ailə münasibətləri pozulduğuna görə 7 ildir ki, faktiki ayrı yaşayırlar. Yevlax Rayon Məhkəməsinin 2(039)-1219/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikahdan olan uşaqları X1 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat sabit pul məbləğində alimentin alınıb verilməsi qət edilmişdir. X5 və Ayşən Balakişiyeva orta məktəbdə oxuyurlar, hazırlığa gedirlər və onların tələbatı çoxalmışdır. Ödənilən alimentin məbləği az olduğuna görə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh işləyir, əmək haqqı alır, fərdi işlə də məşğul olur, qazanc əldə edir. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, məhkəmənin qətnaməsi ilə ondan tutulan alimenti ödəməklə yanaşı uşaqlara digər məsələlərdə də maddi köməklik edir. Onun əmək haqqı cəmi 350 manat təşkil edir. Başqa yerdə işləmir və başqa gəliri yoxdur. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş Yevlax rayon məhkəməsinin 2(039)-1219/2020 saylı, 02 sentyabr 2020 nömrəli qətnamənin surəti ilə təsdiq olunur ki, iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 15 iyun 2007-ci il təvəllüdlü X1 və 15 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 110 (bir yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh gəliri barədə məlumatdan müəyyən olunur ki, əmək haqqı 350 manat təşkil edir. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyi, onların yaşı artmaqla saxlanması üçün xərclərinin da artması, cavabdehin qazancının qeyri-müntəzəm, dəyişən olması, habelə 2023-cü il üçün uşaqlarla bağlı yaşayış minimumunun məbləğinin də artması nəzərə alınmaqla cavabdehdən tutulmalı olan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, əvvəl müəyyən edilmiş alimentin miqdarı artırılaraq aliment məbləği 150 manat həddində müəyyən edilməlidir. Mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(039)-1219/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 15 iyun 2007-ci il təvəllüdlü X1 və 15 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1629/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1629/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver