Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1642/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1300 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin noyabr ayında yaşadığı evin mətbəxinə mebel yığdırmaq üçün əvvəllər mebel ustası kimi tanıdığı Cavabdeh evə dəvət edib razılaşma yolu ilə ona əvvəlcədən 1300 manat pul vermişdir. Cavabdeh həmin mebeli qısa müddətə hazırlayıb quraşdıracağına söz verməsinə baxmayaraq mebeli hazır etməmiş və müxtəlif bəhanələrlə pulu verməkdən boyun qaçırmışdır. O, Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ərizəsi əsasında araşdırma aparılaraq 04.03.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, pul tələbi barədə işin mülki xarakterli olduğu, məhkəməyə müraciət etməli olması izah edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, iddiaçının polis şöbəsinə müraciəti əsasında araşdırma aparılmış və Cavabdeh vermiş olduğu izahatından görünür ki, o, 2020-ci ilin noyabr ayında Xuraman Əhmədovdan evinə mətbəx mebelinin yığılması üçün 1300 manat pul almış, sifarişi vaxtında hazırlaya bilməmiş, aldığı 1300 manat pulu materiala xərcləmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən, habelə tərəflərin verdikləri izahatlardan müəyyən edilir ki, iddiaçı cavabdehlə razılığa gələrək evinə mətbəx mebelinin yığılması üçün sonuncuya 1300 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Qeyd olunan maddi hüquq normasının tələblərindən hazırki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iş üzrə tərəflər arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Podratçı olan Cavabdeh, sifarişçi olan iddiaçının evinə mətbəx mebelinin yığılması üçün öhdəlik götürmüş və bunun müqabilindən sifarişçidən muzd alsa da, öhdəliyi icra etməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1300 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1300 (bir min üç yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1642/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1642/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver