Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1644/2020 16.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən “xxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 826,12 ABŞ dolları əsas borc, 910,80 ABŞ dolları faiz borcu, 410,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 205,30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2352,28 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “xxxxxx” İKB ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 18 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx xxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqaviləninin şərtlərinin pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci il tarixdən Cavabdeh2 Banka kredit müqaviləsi üzrə 826,12 ABŞ dolları əsas borc, 910,80 ABŞ dolları faiz borcu, 410,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 205,30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2352,28 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçı Bankın nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, “xxxxxx” X2 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. İş materiallarında olan “xxxxxx” İKB ASC ilə borcalan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, Bank borcalan 18 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə 2000 ABŞ dolları kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh1, borcalanla tam həcmdə cavabdeh olması barədə Bank qarşısında öhdəlik götürmüşdür. İş materiallarında olan “xxxxxx” İKB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 826,12 ABŞ dolları əsas borc, 910,80 ABŞ dolları faiz borcu, 410,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 205,30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2352,28 ABŞ dolları borcu var. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 Banka 826,12 ABŞ dolları əsas borc, 910,80 ABŞ dolları faiz borcu, 410,06 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 205,30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2352,28 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh2 826,12 ABŞ dolları əsas kredit borcunun, 910,80 ABŞ dolları faiz borcunun, 205,30 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 410,06 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 80 ABŞ dolları müəyyən edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh1 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmışbank hesab, kredit və zaminlik müqaviləsindəzaminliyin müddəti göstərilməmişdir. Müqavilənin 11.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borcalan Bank qarşısındakı öhdəlikləri tam həcmdə yerinə yetirdikdə borc öhdəliyi üzrə münasibətlərə xitam verilir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsiüzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 826,12 ABŞ dolları əsas borc, 910,80 ABŞ dolları faiz borcu, 80 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 205,30 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2022,22 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1644/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1644/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver