Məhkəmə qərarları › İş №2(039)-1657/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1657/2021

17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1657/2021 17.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi Cavabdehlər Cavabdeh və X2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh və X3 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh və Emin Hacıyevə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borclulardan 2,592 ABŞ dolları əsas, 645 ABŞ dolları faiz borcu, ümumi 3,237 manat məbləğində kerdit borcunun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr çıxarılmasını xahiş etmiş və 19 yanvar 2017-ci il tarixdə ərizə təmin edilmişdir. X4 etirazı əsasında iddia icraatına keçilməklə əmr ləğv edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 06 may 2014-cü il tarixli YF-757 saylı Kredit müqaviləsinə əsasən borcluya şəxsi məqsədlər üçün 36 ay müddətinə 3,850 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.3. bəndinə əsasən, kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 gün müddətin bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”-in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1. bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. Qeyd olunan Kredit müqaviləsinin 3.4. bəndinə əsasən, “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 24 (iyirmi dörd) % faiz ödəyir. Həmin müqavilənin 3.6. bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim günün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”-in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2. bəndinə əsasən müqavilənin 3.3 bəndində göstərilən vəzifənin icra müddəti “Kredit alan” tərəfindən gecikdirildiyi halda, o, hər gecikdirilən gün üçün müqavilənin 3.4 bəndi ilə müəyyənləşdirilən faizlərin ikiqat həcmində cərimə ödəyir. Cavabdehla bank arasında bağlanmış 06.05.20014-cü il tarixli YF-757 saylı “Kredit müqaviləsinin təminatı qismində həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Emin Hacıyev zamin durmuşdur. Bu məqsədlə Emin Hacıyevlə 06.05.2014-cü il tarixli, YF-757 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. Borclu bank qarşısında öhdəliklərini bü günə kimi lazımınca yerinə yetirməmişdir. İddiaçı ASC-ə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, əmrin ləğv edilməsini və cavabdehlərin işə baxılmasını tələb etməsini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mümkün hesab etmişdir. Cavabdeh iclas zamanı borcunun olduğunu etiraf edərək söyləmişdir ki, maddi imkanı olmadığına görə kredit borcunu banka ödəyə bilməmişdir. Lakin gələcəkdə hər ay az miqdarda borcundan ödəniş etməyə çalışacaqdır. Cavabdeh Emin Hacıyev iddianı qəbul etməyərək bildirmişdir ki, 2014-cü ildə Cavabdeh yardım etmək məqsədi ilə zaminlik müqaviləsini imzalamışdır. Lakin, Cavabdeh bildirmişdir ki, Banka olan borcunu vaxtına və tam olaraq ödəyəcəkdir. Buna baxmayaraq o, verdiyi vədə əməl etməmiş və bunun nəticəsində Bank qarşısında borc yaranmışdır. Həmin borcu hazırda onun əmək haqqına yönəltmişlər və yalnız onun əmək haqqından tutmalar həyata keçirilir. Bunu bildikdə məhkəmə əminin ləğvi barədə ərizə təqdim etmişdir. Qeyd edilən borc ondan deyil, yalnız Cavabdeh tutulmalıdır. Bu səbəbdən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış YF-757 saylı 06 may 2014-cü il tarixli kredit, eyni tarixli zaminlik müqavilələri və ödəniş cədvəli ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 24 % ödəmək şərti ilə 36 ay müddətinə 3,850 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh hər ay müəyyən edilən məbləğdə ödəniş etmək, Emin Hacıyev isə həmin müqavilə üzrə birgə məsuliyyət daşıması barədə üzərilərinə öhdəlik götürmüşlər, öhdəlik cavabdehlər tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Qeyd edilən borcun düzgün hesablanmadığına dair sübutlar müəyyən edilməmiş, cavabdehlər yaranmış borc məbləğini mübahisələndirməmişlər. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, kredit və zaminlik müqavilələrinin şərtləri cavabdehlər tərəfindən lazımınca icra edilməməsi nəticəsində yaranmış borc üzrə cavabdehlər müştərək qaydada məsuliyyət daşıyır. Cavabdeh Emin Hacıyev borcun yalnız Cavabdeh tərəfindən ödənilməli olduğunu qeyd etsə də, zaminlik müqaviləsinin şərtləri və mülki qanunvericiliyin zaminliyə aid yuxarıda qeyd edilən normalarının tələblərinə görə o, Cavabdehla borca görə birgə məsuliyyət daşımalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır, yaranmış borc, habelə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan daha 10 manat dövlət rüsumu cavabdehlərdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada YF-757 saylı 06 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2,592 ABŞ dolları əsas, 645 ABŞ dolları faiz borcu, cəmi 3,237 (üç min iki yüz otuz yeddi) ABŞ dolları ödənilən günə məzənnə üzrə manatla, habelə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh və X1 müştərək qaydada 10 (on) manat ödənilməli olan dövlət rüsumu dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar