Məhkəmə qərarları › İş №2(039)-166/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-166/2025

17.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-166/2025 17.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və X3 İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və X3 İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və X3 İddiaçı nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan İddiaçı ölkə prexidentinin 2008-ci il 01 aprel tarixli, 2745 nömrəli sərəncamı ilə Göygöl rayonunun inzibati ərazisində yaradılmışdır. Milli Park Xüsusi Mühafizə olunan Təbiət Əraziləri statusuna malikdir, lakin bəzi vətəndaşlar Milli Parkın X1 ərazisində qanunsuz ovun qadağan olunduğunu bildiyi halda ərazidə icazəsiz ov edərək MP-ın X1 fauna nvlərinə ziyan vurur. Belə ki, Yevlax rayon Salahlı kəndində qeydiyyatda olan Cavabdeh 04 noyabr 2023-cü il tarixində İddiaçı X1 ərazisində qanunsuz olaraq 3 baş qırmızı kitaba düşmüş turac quşunu ovlayaraq Milli Parkın X2na ümumilikdə 1980 manat ziyan vurmuşdur. Həmin ziyanı ödəməkdən imtina etmişdir. Buna görə də, iddiaçı hazırkı idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı qeyd ediləənlərin nəzərə alınaraq, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 1980 (bir min doqquz yüz səksən) manat pulun tutularaq İddiaçı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(039)- 144/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, Cavabdeh islah işləri cəzasını əsas iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin işlədiyi və qazancından tutulmaların aparıldığı gündən (vaxtdan) hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının Yevlax rayon icra və probasiya şöbəsində həvalə edilməsi, iş üzrə maddi sübut olan və İddiaçına məxsus soyuducuda saxlanılan 03 ədəd turac quşunun dövlət nəfinə müsadirə edilməsi, satışdan əldə olunmuş pul vəsaitinin dövlət büdcəsinə keçirilməsi, üzrə maddi sübut olan Cavabdeh götürülmüş 01 ədəd zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmaqlı, 98552-61 nömrəli, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfənginin, 04 ədəd yivsiz odlu ov tüfəngində istifadə edilməsi üçün nəzərdə tutulmuş patronların və 05 ədəd boş gilizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməsi, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesaba keçirilməsi hökm edmiş və iş üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh 04 noyabr 2023-cü il tarixdə saat 11 radələrində "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmış ov etmək üçün rəsmi icazəsi olmadığı halda icazəsiz olaraq ov etmək qərarına gələrək həmin məqsədlə mərhum babasından qalmış, istifadə etdiyi, rəsmi sənədi olmayan 01 ədəd zavod üsulu ilə 1961-ci ildə keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş hamar qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, çaxmaqlı 98552-61 nömrəli, yivsiz odlu, texniki cəhətdən saz və atəş üçün yararlı ov tüfəngini götürərək Yevlax rayonunun Salahlı kəndi ərazisində Kür çayının kənarında yerləşən İddiaçı idarəetməsində olan “X2”nın ərazisinə gələrək qəsdən həmin ov tüfəngindən istifadə etməklə atəş açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı kitabı haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilmiş Azərbaycan Respublikası ərazisində nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədi hesab edilən “Azərbaycan Respublikasının Qırmızı kitab”ında adı nadir növ hesab edilən, ovlanması tamamilə qadağan edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 176 nömrəli qərarına əsasən 01 ədədinin qiyməti 330 (üç yüz otuz) manat olan, lakin həmin qərara əsasən dövlət ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovlandığı üçün dəyəri ikiqat ölçüdə hesablanan 03 ədəd turac quşlarını ovlamaqla təbiətə xeyli miqdarda, cəmi 1980 (bir min doqquz yüz səksən ) manat ziyan vurmuş, 04 noyabr 2023-cü il tarixdə İddiaçı əməkdaşları tərəfindən keçirilən reyd zamanı Cavabdeh “X2”nın ərazisində saxlanılaraq ondan icazəsiz olaraq ovladığı 03 ədəd turac quşları və 01 ədəd qoşalüləli, 20 kalibrli, “TOZ-B” modelli, 98552- 61 nömrəli, yivsiz odlu ov tüfəngi, 06 ədəd yivsiz odlu ov tüfəngində istifadə edilməsi üçün nəzərdə tutulmuş patron və 05 ədəd boş giliz aşkar olunaraq, qanunamüvafiq qaydada sənədləşdirilib götürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta hetiyyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyi üçün 39.8 (otuz doqquz manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 1980 (bir min doqquz yüz səksən) manat pul alınaraq Azərbaycan Respublikasının Ekologiya və X3 İddiaçı hesabına ödənilsin. Cavabdeh 39.8 (otuz doqquz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar