Məhkəmə qərarları › İş №2(039)-1663/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1663/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1663/2020 29.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı X5 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 827 manat, xx xxxx 2020-ci il tarixə qədər hesablanmış cərimə üzrə 82,70 manat olmaqla ümumilikdə 909,70 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "X6" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə- xx xxxx 2020-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 1927 manat məbləğində kredit verilmişdir. BOKT "X6'' MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxxxxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq alaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zamin Cavabdeh2 və X4 arasında xx xxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zaminlər kredit müqaviləsinin icra edilməməsinə görə borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsindən görünür ki, BOKT "X6" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, 0 faiz dərəcəsi ilə 1927 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxx 2017-ci il tarixli, LD171720003 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "X6" MMC-nin Yevlax filialı ilə zamin Cavabdeh2 və zamin X4 arasında xx xxxx 2017-ci il tarixli, LD171720003 №li zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan “hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019cu il tarixli bildirişdən görünür ki, BOKT “X6" MMC LD171720003 №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT " xxxxxxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxxxxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixli, LD171720003 saylı kredit müqaviləsi üzrə əsas borc 827 manat və cərimə borcu üzrə 82,70 manat olmaqla cəmi 909,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdirlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, əsas borc üzrə 827 manat və cərimə borcu üzrə 82,70 mant olmaqla cəmi 909,70 manat məbləğində borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 BOKT "xxxxxxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müqaviləsi üzrə əsas borc üzrə 827 manat və cərimə borcu üzrə 82,70 manat olmaqla cəmi 909,70 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq X8 Təşkilatı "xxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar