Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1694/2023 26.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçının Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 4011 manat məbləğində borc pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Rekord-İnşaat” toptansatış tikinti materialları mağazası verdir. Həmin mağazada müxtəlif tikinti materialları satır. 2021-ci ilin iyun ayının ortalarında cavabdeh müştəri kimi mağazaya gəlib bildirdi ki, evini təmir etdirmək üçün ona çoxlu tikinti materialları lazım olcağını və tikinti materialları almaq isyəyir. Ancaq nağd pulu olmadığı üçün tikinti materiallarını nisyə alıb, 6 ay müddətinə pul ödəyəcəyinə söz vermişdır. Cavabdeh hərbi geyimdə olduğu üçün ona nisyə tikinti materialları satmağa razı olmuşdur. Cavabdeh ilə o şifahi müqavilə bağlayandan sonra cavabdeh xx.xx.2021-ci il tarixdə 1355 manatlıq, xx.xx.2021-ci il tarixdə 1293 manatlıq, xx.xx.2021-ci il tarixdə 40 manatlıq, xx.xx.2021-ci il tarixdə 12 manatlıq, xx.xx.2021-ci il tarixdə 66 manatlıq, xx.xx.2021-c il tarixdə 10 manatlıq, xx.xx.2021-ci il tarixdə 12 manatlıq, xx.xx.2021-ci il tarixdə 340 manatlıq, xx.xx.2021-ci il tarixdə 15 manatlıq, xx.xx.2021-ci il tarixdə 670 manatlıq, xx.xx.2021-ci il tarixdə 14 manatlıq, xx.xx.2021-c il tarixdə 117 manatlıq, xx.xx.2021-ci il tarixdə 339 manatlıq, xx.xx.2021-ci il tarixdə 186 manatlıq, olmaqla xx.xx.2023-cü il tarixə kimi qiymətlə cəmi 5456.3 manat dəyərində tikinti materialları adlı. Həmin tikinti materiallarından 185.3 manatlıq malları qaytarmış, həmin mallardan 1260 manat ödəniş etmişdir. Ancaq 4011 manat borcunu gətirib ödəməmişdir. O, dəfələrlə cavabdehə borcunu ödəməsini xahiş etmişdir. Cavabdeh isə alacağı olduğunu bildirib, həmin aldığı materiaların pullarını ödəyəcəyinə söz vermiş, lakin yenə aldığı materialların pullarını gəlib ödəmədi o iki dəfə məcbur olub onun yaşadığı evinə getmişdir. Lakin yenə müxtəlif bəhanələr edib pulu ödməmişdir. Cavabdehin ondan 4011 manat dəyərində tikinti materialları almaları tərtib edilmiş qaimə ilə təstiq edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsinə uyğun verdiyi izahatında məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Əvvəlliki məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək o, 2018-ci il tarixdən başlayaraq İddiaçı evinin təmiri üçün müxtəlif növ tikinti materialları - cəmi 3300 manat dəyərində götürmüş, həmin puldan 200 manatını iddiaçıya qaytarmış, hazırda 3100 manat borcu qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, izahatları dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Həmçinin cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə alınmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin 771 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məcburi köçkün kimi Bərdə rayonu, Güloğlular kəndində müvəqqəti məskunlaşmışdır. xx.xx.2023-cü ildə olan qiymət fərqləri və qalıq borcundan görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aldığı malların qiyməti 4011 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçının xeyrinə 3100 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 51 manat məbləğində dövlət rüsumu, cavabdehdən dövlət mədaxilinə alınmalıdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3100 (üç min yüz) manat məbləğində pul İddiaçının xeyrinə tutulsun. Cavabdeh 51 manat dövlət rüsumu dövlət mədaxilinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1694/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1694/2023
26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver