Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1699/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək qanuni qüvvəsini almış məhkəmə aktına əsasən ödənilməsi qət edilmiş 160 manat aliment pulununun artırılaraq 15 dekabr 2017-ci il təvəllüdlü oğlu X1 üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh sabiq həyat yoldaşıdır. 08 oktyabr 2016-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahdan bir övladı olmuşdur: X4 15 dekabr 2017-ci il təvəllüdlü. Cavabdehla nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(039)-342/2019 saylı qətnaməsinə əsasən pozulmuş, nikah pozularkən birgə nikahdan olan övladı - 15 dekabr 2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanması və Cavabdeh aliment öhdəliklərinin yaranması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(039)-500/2021 saylı qətnaməsinə əsasən 15 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Azyaşlı oğlu Xızırın saxlanması üçün ödənilməsi qət edilmiş 160 manat aliment pulu övladının cüzi tələbatını belə ödəmir. Çox böyük maddi sıxıntı da çəkirlər. Cavabdehin qazancı çox yüksəkdir. Tələb edilən məbləği ödəməyə maddi imkanları yol verir. Odur ki, cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment tələb edir. Tərəflərin izahatları: İddiaçı ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki ,Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ondan hər ay 160 manat pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, əmək haqqı 618.00 manat təşkil edir. Başqa yerdə işləmir və başqa gəliri yoxdur. Hazırda evlidir və bir övladı var. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-cu il tarixli, 2(039)- 500/2021 nömrəli qətnamənin surəti ilə təsdiq olunur ki, iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(039)-342/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Cavabdeh 15 dekabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası "xxxx" Birgə Azərbaycan–İngiltərə MMC ilə bağlanmış xxxxxxx000103 №-li, əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixdən müddətsiz əmək müqaviləsi üzrə Mühafizəçi vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 618.00 manat təşkil edir. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Lakin, məhkəmə, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyini rəhbər tutaraq, habelə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını da nəzərə alaraq belə qənaətə gəlir ki, əvvəl müəyyən edilmiş alimentin miqdarı onun ehtiyaclarının maddi cəhətdən ödənilməsinə hazırda yetmir, bu səbəbdən iddia qismən təmin edilməli, aliment məbləği 175 manat həddində müəyyən edilməlidir. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, alimentin miqdarının artırılması bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 07 aprel 2021-cu il tarixli, 2(039)-500/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 15 dekabr 2017-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh iddiaçı X3 xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1699/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1699/2022
23.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver