Məhkəmə qərarları › İş №2(039)-1715/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1715/2023

20.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1715/2023 20.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Məhkəməsinin 26 may 2022-cı il tarixli 2(039)-956/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh 21 iyun 2008-ci il təvəllüdlü X2 və 25 sentyabr 2010-cu il təvəllüdlü X3 18 yaşlarına çatana kimi saxlanlmaları üçün hər ay hər uşaq üçün 220 manat alimentin alınıb mənim xeyrimə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə ailə qurmuşlar. Birgə nikahdan 21 iyun 2008-ci il təvəllüdlü X4 və 25 sentyabr 2010-cu il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehdən alimetin tutulması qət edilmişdir. Hazırda ödənilən aliment uşaqların saxlanılmasına kifayət etmir. Uşaqlar böyüyür və gündəlik tələbatları da artır. Məktəbə və hazırlıq kurslarına gedirlər. Özü heç bir yerdə işləmir, valideyinlərinin yanında qalmaqla onların köməkliyi ilə uşaqlarına baxır. Məhkəmə qətnaməsi əsasında qət edilmiş aliment pulu hazırkı dövrdə azyaşlı övladlarının heç bir tələblərini ödəmir. Ailəni dolandırmaqda çətinlik çəkir. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda heç yerdə işləmir, Məşğulluq Agentliyində qeydiyyata alınmışdır. Hər hansı digər gəliri yoxdur. Məhkəmə qərarı əsasında təyin edilmiş alimenti ödəmək iqtidarında belə deyil. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 2(039)-956/2022 saylı, 26 may 20222-ci il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, iddia qismən təmin edilmiş, Cavabdeh 04 aprel 2022-ci il tarixdən başlayaraq, 21 iyun 2008-ci il təvəllüdlü X2 və 25 sentyabr 2010-cu il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 130 manat məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyi, onun yaşı artmaqla saxlanması üçün xərclərinin da artması, cavabdehin qazancının qeyri-müntəzəm, dəyişən olması, habelə 2023-cü il üçün uşaqlarla bağlı yaşayış minimumunun məbləğinin də artması nəzərə alınmaqla cavabdehdən tutulmalı olan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay hər uşağa 220 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, aliment məbləği 150 manat həddində müəyyən edilməlidir. Mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 26 may 2022-cı il tarixli 2(039)-956/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 21 iyun 2008-ci il təvəllüdlü X2 və 25 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Mediasiya üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar