Məhkəmə qərarları › İş №2(039)-1717/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1717/2021

27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1717/2021 27.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə keçirilən açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 7050 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xeyli müddətdir ki, cavabdehi tanıyır. Cavabdehə 28.10.2019-cu il tarixdə pula ehtiyacı olduğu üçün ondan 1000 manat borcu pul aldığına dair qəbz yazıb imza edərək ona vermişdir. Sonradan bu hal dəfələrlə təkrarlanmışdır. Cavabdeh öz dəsti xətti ilə yazdığı qəbzlərlə 28.10.2019-cu il tarixdə 1000 manat və 300 manat, 28.11.2019-cu il tarixdə 1000 manat, 30.01.2020-ci il tarixdə 200 manat, 14.04.2020-ci il tarixdə 300 manat və 1150 manat, 30.04.2020-ci il tarixdə 1100 manat və 30.04.2020-ci il tarixdə 2000 manat olmaqla, ümumilikdə 7050 manat borc pul almışdır. Ondan aldığı pulları və nə vaxt qaytaracağı barədə cavabdehdən soruşduqda cavabdeh ona narahat olmamasını və qısa müddət ərzində borcunu qaytaracağını bildirsə də, ona olan borcunu bu günə qədər qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıdan nə qədər borc pul aldığını dəqiq deyə bilməyəcəyini və tələb olunan borcun həddindən çox olduğunu, iddiaçıya 2500 manat pul qaytara biləcəyini bildirmişdir. Cavabdeh eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzlər məhkəmənin icraatında olmuş və baxılmamış saxlanılmış başqa mülki işlə əlaqədar ekspertizaya göndərilmiş və həmin qəbzlərdəki yazıların bəzilərinin onun tərəfindən yazılmadığı müəyyən olunmuşdur. Həmin ekspert rəyinin nəzərə alınmasını xahiş etmişdir. Bundan sonra iddiaçı qeyd olunan ekspert rəyinə uyğun olaraq borcunun hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 28.10.2019-cu il, 28.11.2019-cu il, 30.01.2020-ci il, 14.04.2020-ci il, 30.04.2020-ci il tarixli (iki ədəd) və tarix göstərilməyən iki ədəd qəbzlərdən görünür ki, Cavabdeh iddiaçıdan cəmi 7050 (1000+1000+200+300+1100+2000+1150+300) manat borc pul almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.03.2021-ci il tarixli 5/231 saylı rəyindən görünür ki, təqdim edilmiş mülki işin 5-ci səhifəsində olan qəbzdə “1150” rəqəmlərindəki “1” rəqəmi həmin rəqəmlərin qarşısında sonradan əlavə edilmiş, mülki işin 10-cu səhifəsində olan qəbzdə “1100” rəqəmlərindəki birinci “1” rəqəmi həmin rəqəmlərin qarşısına sonradan əlavə edilmiş, ikinci “1” rəqəminin üzərindən isə qələm vasitəsilə təkrarən eyni rəqəm yazılmış və mülki işin 7-ci səhifəsində olan qəbzdə “1000”, 8-ci səhifəsində olan qəbzdəki “1000” və 11-ci səhifəsində olan qəbzdəki “2000” rəqəmlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.04.2021-ci il tarixli 4/284 saylı rəyindən görünür ki, təqdim edilmiş, mülki işin 5-ci vərəqəsində Cavabdeh adından olan qəbzdə “1150” rəqəmlərində (“1” rəqəmindən başqa) və həmin qəbzdə “имза. Mycajeв.У” yazıları qarşısındakı imza; mülki işin 7-ci vərəqəsində Cavabdeh adından olan 28.10.2019-cu il tarixli qəbzdə “28.10.2019” rəqəmlər və həmin qəbzdə “имза. Myajeв.У” yazıları qarşısındakı imza; mülki işin 8-ci vərəqəsində Cavabdeh adından olan 28.10.2019-cu il tarixli qəbzdə “1000” və “28.11.2019” rəqəmləri və həmin qəbzdə “имза. Mycajeв.У” yazıları qarşısındakı imza; mülki işin 10-cu vərəqəsində Cavabdeh adından olan 30.04.2020-ci il tarixli qəbzdə “1100” rəqəmlərində (“11” rəqəmlərindən başqa) və “30.04.2020” rəqəmlər və həmin qəbzdə “uмзa. Mycajeв.Y” yazıları qarşısındakı imza; mülki işin 11 -ci vərəqəsində Cavabdeh adından olan 30 aprel 2020-ci il tarixli qəbzdə “2000” rəqəmlər və həmin qəbzdə “2020” rəqəmlərin qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Təqdim edilmiş, Cavabdeh adından olan mülki işin 5-ci vərəqəsindəki qəbzdə “1150” rəqəmlərdəki “1” rəqəmi; mülki işin 10-cu vərəqəsində Cavabdeh adından olan 30.04.2020-ci il tarixli qəbzdə “1100” rəqəmlərdəki “11” rəqəmləri (Bax: Sənədlərin texniki ekspertizasının 29 mart 2021-ci il tarixli 5/231 tarixli rəyinə) tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan həmin rəqəmlərin Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 28.10.2019-cu il tarixli qəbzlə 1000 manat, 28.11.2019-cu il tarixli qəbzlə 1000 manat, 30.04.2020-ci il tarixli qəbzlə 2000 manat, 30.01.2020-ci il tarixli qəbzlə 200 manat, 14.04.2020-ci il tarixli qəbzlə 300 manat, tarix qeyd olunmayan bir ədəd qəbzlə 150 manat(2(039)-53/2021 saylı mülki işin 5-ci vərəqində olan), bir ədəd qəbzlə isə 300 manat olmaqla cəmi 4950 manat məbləğində borc pul vermiş, Cavabdeh həmin pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və 1150 manat pulun borc verilməsi barədə qəbzlə bağlı məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatına təqdim olunmuş və ekspert rəyinə əsasən sözügedən qəbzdəki imzanın cavabdehə aid olduğu bildirilsə də, 1150 rəqəminin qarşısına birinci “1” rəqəminin sonradan əlavə olunduğu və “1”rəqəminin cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmadığını müəyyən etmək mümkün olmadığından həmin qəbzə əsasən iddiaçının cavabdehə 150 manat borc pul verdiyi qənaətinə gəlinməsini məhkəmə əsaslı hesab edir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və 1100 manat pulun borc verilməsi barədə 30.04.2020-ci il tarixli qəbzlə bağlı məhkəmə qeyd edir ki, ekspertiza tədqiqatına təqdim olunmuş və ekspert rəyinə əsasən sözügedən qəbzdəki imzanın cavabdehə aid olduğu bildirilsə də, 1100 rəqəminin qarşısına birinci “1” rəqəminin sonradan əlavə olunduğu, ikinci “1” rəqəminin isə təkrarən yazıldığı, eyni zamanda 1100 rəqəmindəki “11” rəqəminin cavabdeh və ya başqa şəxs tərəfindən icra olunub-olunmadığını müəyyən etmək mümkün olmadığından, məhkəmə həmin qəbzi mötəbər sübut kimi qəbul etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4950 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə və ekspertiza tədqiqatının dəyəri olan 187 manat pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 187 manat pul cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar