Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1717/2022 11.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1 vəkili və eyni zamadan digər iddiaçıların nümayəndəsi və vəkili X7, Cavabdeh və onun vəkili X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, iddiaçılar bir ailənin üzvüləridir. İddiaçı1 ana, İddiaçı2 və İddiaçı3 isə onun övladlarıdır. Onların ailəsinin başçısı X20 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X20 ilə İddiaçı1 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı iki övladları anadan olmuşdur. O, mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur. Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışlar. Hazırda isə cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmağını tələb edir. Cavabdeh onlara qarşı iddia tələbinə Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1301/2022 saylı mülki iş nəzərdə tutulur, həmin iddiaya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Onlar hazırkı mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində doğulub boya başa çatmışlar. Həmin ünvan onların əsas və daimi yaşayış yeridir. Başqa yaşayış yerləri yoxdur. Onlar hər üç iddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə mərhum Sahib Əliyev başda olmaqla onların ailəsinin maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmış və ödənişlərlə bağlı bildirişlər onların adları gəlir. Mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. 1992-ci ilin sonlarından onların ailəsi həmin ünvanda yaşamış və Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkil X15 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Eyni zamanda Cavabdeh məhkəmə iclasında verdiyi izahatında, habelə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin Hüquqları Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 17 saylı Ərazi idarəsi tərəfindən Cavabdeh adına verilmiş ******* №-li xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Yevlax rayon Aran 1 qəsəbəsində yerləşən fərdi yaşayış evi tam mənada onun mülkiyyətindir. Bu barədə rəsmi çıxarışı hazırki etiraza əlavə etmişdir. Hazırki iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 onun gəlini və nəvələridir. Mülkiyyət onun olduğundan bu şəxslərin evində yaşamasını istəmir. Nəvələri İddiaçı2 Yevlax rayonu Aran 1 Qəsəbəsində fərdi yaşavış evi vardır. İddiaçı3 Bakı şəhərində mənzili var və Yevlax rayon Aran 1 qəsəbəsində adına 0.7 sot torpaq sahəsi vardır. Ancaq buna baxmayaraq onun evində yaşayırlar və evindən çıxmaq istəmirlər. İddiaçıların hər biri evində qeydiyyatda deyillər. Çünki evinə onları müvəqqəti yerləşdirmiş, o, bütün bu prossesləri sülh yolu ilə həll etməyə çalışmışdır. Mülkiyyət hüquqları qanunla qorunur. Heç kəsə ixtiyar verilmir ki, başqasının mülkiyyətində qanunsuzluq edilsin. İddiaçı1 2006-cı ildə onunla müvəqqəti olaraq evinə gəlib. Bu müddətə qədər öz evlərində yaşayıblar. Onunla heç bir ailə təsərüfatında olmayıblar, bu gün deyillər. Özləri müstəqil ailə təsərüffatındadır. Bu səbəbdəndə onun mülkiyyətində keçmiş gəlini və uşaqlarının heç bir hüquqları mövcud deyildir. Bundan başqa bildirir ki, iddiaçıların fərdi yaşayış evi vardır. DƏDRX-nin 17 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, hazırki iddiaçıların ataları X13 adına Aran qəsəbəsində 0.12 ha həyatyanı torpaq sahəsi olmuş, xx.xx.2011-ci ıl tarixində onlar tərəfindən satılmışdır. Eynilə hazırki iddiaçının həyat yoldaşı digər iddiaçıların atası olmuş X13 adına Yevlax rayonu Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kvm olan fərdi yaşayış evi mövcuddur. Mərhum oğlu X13 hazırki iddiaçılara 3,60 ha torpaq sahəsində payı mövcud olmuşdur ki, onuda öz oğlu digər İddiaçı2 adına onun ölümündən sonra keçmişdir. Bundan başqa həmin torpaq sahəsi üzərində İddiaçı1 da mülküyyət hüququ tanınmışdır. Digər İddiaçı2 Aran qəsəbəsində mülkiyyətində həm pay torpağı, həm də həyətyanı olan 0,0535 ha torpaq sahəsi üzərində daşınmaz əmlakı mövcuddur. Bu barədə xx.xx.2020- ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestr qeydiyyatı mövcuddur. Bu qeyd etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq edir. Hazırda mübahisələndirilən ev onun əmlakıdır. İddiaçılara heç bir hüquq verməmişdir. Sonuncuların evləri bu gündə var və Bakı şəhərində evləri var. Onun evindən onların çıxarılmalarını istəmiş, iş məhkəmənin icraatındadır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Fərhad Məmmədov cavabdehlə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, 1987-ci ildə həmin kəndə gəlmiş, həmin vaxt Aydın kişi evlərini təzə tikməyə başlamışdı, onun mərhum oğlu Sahib də o evdə 1987 və 1988-ci illərdə fəhləlik edirdi, 93-də gəlin gəldi, böyük oğlu xəstəxanada doğulub, 2-ci oğlu həmin evdə doğulub, tibb bacısını o gətirmişdir. Həmin evdə mərhum Sahib qalırdı, yoldaşı ilə Aydın kişi fermada yaşayırdı, həmin ev tək otaq olub, sonradan gəlingil evin seyvanını hördürdü, başdan bir otaq, ayaqdan bir kuxna tikdirdi, sonra gəlin işləmək üçün Bakıya getmiş, bir müddət sonra qayıdıb gəlmiş, təzə hasar çəkdirərək bağ və darvaza salmışlar, Sahib rəhmətə gedənnən sonra 2-3 il bundan qabaq uşaqlar kombi çəkdirmişlər, onların başqa evləri olmamış, qaçqınların binası olub orda müvəqqəti yaşayıblar. Məhkəmə iclasında şahid qismində dindirilən X9 və X16 cavabdehin qonşusu olduqlarını bildirərək, şahid X21 qız ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi Cavabdeh, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsinə 1/7 hissəsinə X4, 1/7 hissəsinə X10, 1/7 hissəsinə X11, 1/7 hissəsinə X5, 1/7 hissəsinə X8 və 1/7 hissəsinə X14 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Yevlax İcra Hakimiyyəti Başçısının Aran qəsəbə sovetliyi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X12 arasında bağlanmış nikah 1992-ci ilin oktyabr ayının 21-ci günündə Yevlax İcra Hakimiyyəti Başçısının Aran qəsəbə sovetliyinin akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AZ-İ seriyalı 811084 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X20 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,0535 ha yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı2 adına tam mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13, İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı3 və 2/4 hissəsinə isə İddiaçı2 mülkiyyət hüququ qeydiyyata alınmışdır (xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırki çıxarış yenidən verilmişdir). Məhkəmənin sorğusuna DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli. ********** qeydiyyat nömrəsi olan çıxarış ləğv olunmuş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-72A nömrəli torpağın müliyyətinə verilməsinə dair şəhadətnamə və Yevlax şəhər İHB-nın Aran qəsəbə İƏD-nin üzrə nümayəndəliyinin arayışı əsasında verilmişdir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarışın verilməsinə əsas olmuş JN-72A saylı 90100016 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinin həyətyanı sahənin qaiməsində sertifikatı fərdi yaşayış evinin mövcudluğu əks olunmuşdur; Respublikada torpaq islahatı nəticəsində ləğv olunmuş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-080 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən subyektlərin - X20 və onun ailə üzvlərinin (3 nəfər) mülkiyyətinə 3.60 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir. Yevlax rayon 1 nömrəli notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2v-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X13 1/4 miras payı İddiaçı2 adına keçmiş 2/4 hissə özünün və hər birinin 1/4 hissəsi isə ailə üzvlərinin - İddiaçı1 və İddiaçı3 mülkiyyətində olmaqla xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Ailənin ayrıca təsərrüfat olması və hər bir subyektin payının hansı ölçüdə olması haqqında Ərazi İdarəsində heç bir məlumat mövcud deyildir və hazırda həmin torpaq sahəsi özgəninkiləşdirilməmişdir; Yevlax rayonu, Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən X3 adına olmuş ümumi sahəsi 60.30 kv.m olan fərdi yaşayış evi Yevlax şəhər İHB Aran qəsəbə sovetliyi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 145 reyestr nömrəli müqaviləsi əsasında X13 adına rəsmiləşdirilmiş, lakin vətəndaş müraciət etmədiyi üçün fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən evin hansı əsaslarla özgəninkiləşdirilməsi barədə heç bir məlumat yoxdur; Yevlax rayonu, Aran-1 qəsəbəsində yerləşən Cavabdeh adına ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinə dair teniki pasport mövcuddur və həmin pasportda fərdi evin tikildiyi tarix 2004-cü il göstərilmişdir; İddiaçı2 Yevlax rayonu, Aran qəsəbəsində yerləşən həyətyanı 0.0535 ha torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, lakin onun üzərində hər hansı tikilinin mövcud olması barədə heç bir məlumat yoxdur. X1 mülkiyyətində olmuş 0.107 ha torpaq sahəsinin bir hissəsi (0.535 ha) bölgü planına əsasən Yevlax rayon 1 nömrəli notariat ofisinin xx.xx.2020-ci il tarixli, 4Ə-156 reyestr nömrəli alqı satqı müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. Həmçinin onun Bakı şəhəri və digər rayonlarda fərdi yaşayış evinin olması barədə məlumat aşkarlanmamışdır. DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş məktubdan görünür ki, Yevlax rayonu, Aran-1 qəsəbəsində yerləşən Cavabdehı oğlunun mülkiyyətində olan 0.0603 hektar ərazisində yerləşən 180.52 kv.m mənzilin 1992ci ildən 2011-ci ildək olan müddətdə hüquqi statusu barədə və hansı sənəd əsasında özəlləşdirilməsi barədə məlumatın məhkəməyə təqdim olunması ilə əlaqədar bildirir ki, ******* nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışla rəsmiləşdirilmiş fərdi yaşayış evinə dair texniki pasportda qeyd olunan fərdi evin tikildiyi 2004-cü il tarixi Yevlax şəhəri İHB Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin arayışına və mütəxəssis tərəfindən yenidə invertarlaşdırma işləri aparılarkən ev sahibinin evin tikilməsi ilə bağlı şifahi bildirişinə əsasən müəyyən olunmuşdur. Ərazi İdarəsinin arxiv materiallarında sözügedən fərdi yaşayış evinin 1992-ci ildən 2011-ci ilədək olan müddətdə hüquqi statusu barədə məlumat aşkarlanmamışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixdə həm cavabdeh, həm də iddiaçı tərəfə təqdim etdiyi ayrı-ayrı qeydiyyat nömrələri olan sənədlərdə (müvafiq olaraq 739 saylı arayış və 33 saylı məktub) birinci halda iddiaçıların mübahisəli evdə 2006-cı ildən, ikinci halda isə 1993-cü ilin may ayından sözügedən evdə yaşamaları qeyd olunmuşdur. Məhkəmə həmin sənədlər arasında əhəmiyyətli ziddiyyət olduğundan bu sənədlərin sübüt kimi qəbul edilməsini məqbul hesab etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Cavabdeh, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X4, 1/7 hissəsi X10, 1/7 hissəsi X11, 1/7 hissəsi X5, 1/7 hissəsi X8 və 1/7 hissəsi X14 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində rəsmi sənədlərə əsasən 2004-cü ildə mübahisəli ev inşa edilmişdir. İddiaçılardan İddiaçı1, iş üzrə cavabdehin oğlu mərhum X20 ilə 1992-ci ilin oktyabr ayının 21-ci günündə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və toydan sonra mübahisəli evə deyil başqa evə gəlin köçmüşdür (bu hal İddiaçı1 izahatı ilə təsdiq edilir). İddiaçılar hazırki vaxtadək həmin evdə yaşayırlar. İddiaçı1 və cavabdehin mərhum oğlu Sahib Əliyev arasında nikah qeydə alındığı zaman ev dövlət qeydiyyatına alınmamış, mübahisəli ev xx.xx.2011-ci il tarixdən Cavabdeh tam, evin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında sonuncunun və onun digər ailə üzvlərinin adına qeydə alınmış əmlak olmuşdur (iddiaçılar və mərhum Sahib Əliyevin həmin sahədə mülkiyyət hüququ olmamışdır). Məhkəmə iddianın cavabdehə aid hissəsi ilə bağlı qeyd edir ki, iddiaçılarlar ilə cavabdeh arasındakı mülki münasibətlər mübahisəli ev xx.xx.2011-ci il tarixdən dövlət qeydiyyatına alındıqdan sonra yarandığından (əmlak sözügedən vaxtadək özbaşına tikinti sayılır və mülki qanunvericilik özbaşına tikili üzrə heç bir hüquq tanımır) hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü olduğu üçün (cavabdehin mərhum oğlunun arvadı və uşaqları olmuşlar) mübahisəli evdən istifadə hüququ yaransa da, ailə münasibətlərinə X20 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən xitam verildiyi üçün iddiaçıların mübahisəli mənzildə istifadə hüququ itirilmişdir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki: “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. (Ailə Məcəlləsinin 15ci fəsli isə ailənin başqa üzvlərinin aliment öhdəlikləri ilə bağlı məsələləri tənzimləyir.) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi iddiaçı Dilbər Hacıyevanın mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün o, cavabdeh Kubra Quluyevanın ailə üzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı cavabdeh K.Quluyevanın ailə üzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da, aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələbi əsassızdır və təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən cavabdehin mülkiyyəti altında olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1717/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1717/2022
11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver