Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-172/2021 18.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı ASC «xxxx» Bankının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «xx xxxx 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC «xxxx» Bankı Cavabdeh qarşı «xx xxxx 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə ASC «xxxx» Bankı qarşısında 2523.41 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, xx xxxxxx 2019-cu il tarixədək (əsas borc məbləğinin tam şəkildə qaytarlıması tarixinədək) vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 1058.01 AŞ dolları məbləğində penya, cəmi 3581.42 ABŞ dolları məbləğində pul vəsaiti və sənədlərin notarial qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çıkilmiş xərc Cavabdeh İddiaçı ASC «xxxx» Bankının xeyrinə tutulması; iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC «xxxx» Bankı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC “xxxx” Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli **********50215 №li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 48 ay müddətinə, illik 22 faiz olmaqla, 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdehin öz öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər cavabdeh X7 arasında sonuncuya mülkiyyət hüququ əsasında məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx xxxx 2015-ci il tarixli **********50215/ip №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC “xxxx” Bankı kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(039)-1902/2017 №-li qətnaməsi ilə ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və X6 məxsus Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi və Cavabdeh xx xxxx 2015-ci il tarixli 00620085 ******* №-li kredit müqaviləsi üzrə 5962,19 ABŞ dolları əsas borcunun, 1937,04 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 213,65 ABŞ dolları penyanın, cəmi 8112,88 ABŞ dolları məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ipoteka predmetinin dəyərindən ASC “xxxx” Bankına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilməsinə baxmayaraq qətnamə yuxarıda göstərilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X3 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda həmin ipoteka predmeti olan yaşayış sahəsi satılmadığından onun alınması iddiaçı ASC "xxxx” Bankına təklif edilmiş və bank buna öz razılığını bildirmişdir. İpoteka predmetinin alqı-satqısı hərrac təşkilatçısı, Yevlax rayon İcra və Probasiya şöbəsi və iddiaçı ASC “xxxx” Bankı tərəfindən imzalanmış hərracın nəticələri haqqında № Y-425 nömrəli yekun protokol və iddiaçı ASC “xxxx” Bankı ilə hərrac təşkilatçısı arasında xx xxxxxx 2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Əmlakın alqı-satqısı barədə müqaviləyə uyğun olaraq əmlakın son satış qiyməti 12750 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmeti qismində çıxış edən əmlakın ödənilməmiş borc müqabilində bankın balansına keçməsinə baxmayaraq, cavabdehin xx xxxxxx 2019-cu il tarixə kredit müqaviləsi üzrə iddiaçı qarşısında 2523,41 ABŞ dolları məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə (qeyd edilən borc xx xxxxxx 2019-cu il tarixədək hesablanmışdır) qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, xx xxxxxx 2019-cu il tarixədək hesablanmış qeyd edilən məbləğ 1058,01 ABŞ dolları təşkil edir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli 387 №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ASC «xxxx» Bankının nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxxxx 2018-ci il tarixli müqavilənin surətindən məlum olur ki, X5 məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m. ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşayış evini ASC «xxxx» Bankı 12750 manata almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2018-ci il tarixli ********** saylı çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, N.Tusi küçəsi 6 nömrəli fərdi yaşayış evi ASC «xxxx» Bankına məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, ASC «xxxx» Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 6500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli 387 saylı xəbərdarlığın surətindən məlum olur ki, ASC «xxxx» Bankı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh xx xxxx 1965-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, E.Ağayev küçəsi ev 106-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, ASC «xxxx» Bankı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(039)-1902/2017 saylı qətnaməsinin surətindən məlum olur ki, xx xxxx 2015-ci il tarixli, **********50215 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X5 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m, ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşyış evinə tutmanın yönəldilməsi və xx xxxx 2015-ci il tarixli **********8502215 saylı kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı qarşısında 5962.19 ABŞ dolları məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 1937,04 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu, xx xxxxx 2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 213,65 ABŞ dolları məbləğində penya, cəmi 8112.88 ABŞ dolları və xx xxxxx 2017-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 22 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 31 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı «xxxx» Bank ASC-nin xeyrinə tutulsun, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdeh X2 iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti cavabdeh X7 buna etiraz etmədiyi təqdirdə ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 20000 (iyirmi min) manat məbləğində, cavabdehin etiraz etdiyi təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiririnin rəyi əsasında təyin edilməsi və hərracda satılması və fərdi yaşayış evi satılması; sonra fərdi yaşayış evində yaşayan X7, Cavabdeh, X10 və X8 onların ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Belə ki, mülki işin materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 22 faizlə 6500 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi X5 mülkiyyət hüququ üzrə məxsus olan Yevlax şəhəri, N.Tusi küçəsində yerləşən 0,0492 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 49,46 kv.m, ümumi, 41,41 kv.m. yaşayış, 8,05 kv.m. yardımçı sahədən ibarət, 1 mərtəbəli, 2 otaqlı, 6 nömrəli fərdi yaşyış evi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəfindən öhdəlikləri lazımi qaydada icra edilmədiyindən bank cavabdehə qarşı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-1902/2015 saylı qətnaməsi ilə borcun cavabdehdən bankın xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi qərara alınmışdir. İpoteka predmetinin ilkin satış qiyməti 20000 manat müəyyən edilmiş, qətnamə icraya yönəldilmişdir. Keçirilmiş hərracda ipoteka predmeti satılmadığından banka təklif edilmiş, bank razılaşmış və son satış qiyməti 12750 manatla ipoteka predmeti banka satılmışdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(039)-1902/2015 saylı qətnaməsi ilə cavabdehin borcu ilə əlaqədar tutma ipoteka qoyulmuş əmlaka yönəldilmiş və əmlak satılaraq borc ödənilmişdir. Hazırda isə iddiaçı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc və tutmanın ipoteka predmetinə yönəldiyi və ipoteka predmetinin satıldığı xx xxxxxx 2019-cu il tarixə qədər 15% dərəcəsi ilə hesablanmış peniya tələb edir. İddianın gecikdirməyə görə penyanın tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində penyanın konkret olaraq hansı məbləğin hansı müddətə gecikdirilməsinə görə tələb etdiyini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, faiz borcunun gecikdirilməsinə görə penya müqavilə şərtlərinə uyğun deyildir. Əsas borcun məhkəmə qətnaməsi çıxdığı vaxtdan tutmanın ipoteka predmetinə yönəldilməsinə qədər keçən müddətdə “gecikdirilməsi” isə məhkəmənin yuxarıda qeyd edilmiş mövqeyinə görə istisna olunduğundan həmin əsasla da borcludan cərimə tələb edilməsi əsassızdır. İddianının hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc hissəsində məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir.” Hazırkı işin hallarından da müəyyən olunduğu kimi cavabdeh Yevlax Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, girov əmlakı təhvil vermiş, bununla da onun iradəsindən asılı olan öhdəliyini yerinə yetirmiş, məhkəmə tərəfindən isə cavabdehin borclu pulun ödənilməsinin gecikdirilərək ondan faydalanması halı müəyyən edilməmiş, iddiaçı bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2009-cu il tarixli Qərarında göstərmişdir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə və saitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.” Həmin Qərarda həmçinin göstərilmişdir ki: “Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC «xxxx» Bankının Cavabdeh qarşı «xx xxxx 2015-ci il tarixli **********50215 saylı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aild edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-172/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-172/2021
18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver