Məhkəmə qərarları › İş №2(039)-1723/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1723/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1723/2020 15.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi və girov predmetinə tutma yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi və girov predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1503,30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat rüsumunun tutularaq BOKT “xxxxxxxx” MMC-yə ödənilməsi, tutmanın girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı(tros,qırıq) qızılzinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə onunan vəsaitin BOKT “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödəniməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "X3" MMC-nin Yevlax filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə-xx xxxxxx 2021-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 3256 manat məbləğində kredit verilmişdir. BOKT "X3'' MMCnin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxxxxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq alaraq həyata keçirilir. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2017-ci il tarixdə girov müqaviləsinə əsasən Cavabdeh3 məxsus məxsus qızıl-zinət əşyaları BOKT "X3" MMC-yə girov qoyulmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zaminlər kredit müqaviləsinin icra edilməməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlərin iddiaçıya əsas borc üzrə 1506,30 manat ödənilməmiş borcu var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, X5 Təşkilatı "X3" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh3 48 ay müddətinə, 0 faiz dərəcəsi ilə 3256 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X5 Təşkilatı "X3" MMC-nin Yevlax filialı ilə girovqoyan Cavabdeh3 arasında xx xxxxxx 2017-ci il tarixli, LD********** №li girov müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı (tros,qırıq) girovqoyan tərəfindən təşkilat qarşısında girov qoyulmuşdur. İş materiallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə X5 Təşkilatı "X3" MMC-nin Yevlax filialı ilə zaminlər Cavabdeh2 və Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, LD********** №li zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan “hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019cu il tarixli bildirişdən görünür ki, BOKT “X3" MMC LD********** №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT " xxxxxxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxxxxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1506,30 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli darəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh3 təşkilata olan 1506,30 manat məbləğində əsas borcu ödənilməmiş qalmışdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlundan iddiaçı BOKT “xxxxxxxx” MMC-nin xeyrinə 1506,30 manat məbləğində borc tutulmalı, tutma girov müqaviləsinə əsasəngirov qoyulmuş 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı(tros,qırıq) qızıl-zinyət əşyalarına yönəldilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsait bütün hesablanmış kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun cavabdehlərdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 1506,30 manat məbləğində əsas borc və 30 manat dövlət rüsumu iddiaçı X5 Təşkilatı "xxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tutma xx.xx.2017-ci il tarixli, LD********** №li girov müqaviləsinə əsasən girov predmeti olan 583/585 əyarlı, 29,8 qram çəkidə 1 ədəd dəst+sırğa 3 cüt+üzük, 583 əyarlı, 2,4 qram çəkidə brilyant qaşlı üzük, 583 əyarlı, 3,9 qram çəkidə üzük və 583 əyarlı, 19,8 qram çəkidə boyunbağı(tros,qırıq) qızıl-zinyət əşyalarına yönəldilsin.Həmin əşyalar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1506,30 manat məbləğində pul X5 Təşkilatı "xxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin, qalan məbləğ Cavabdeh3 verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar