Məhkəmə qərarları › İş №2(039)-1724/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1724/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1724/2020 22.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, X4 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, X4 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi” tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx xxxxxx 2018-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3674.00 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 367.40 manat olmaqla ümumilikdə 4041.40 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X8 Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2018-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 məxsus 260 manat dəyərində olan çəkisi 20 qram olan 583 əyyar boyunbağı bismark qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin X8 Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X4 Kredit Təşkilatı “xxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, X8 Təşkilatı “X5” MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə xx xxxxxx 2021-ci il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 4734 manat məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). BOKT “ X5” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-ə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də, Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh2 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydad həll edilməsi barədə danışıqlar heç bir fayda verməmişdir və X4 Kredit Təşkilatı “xxxxxxxx” MMC- öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququnun istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx xxxxxx 2018-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus məxsus 260 manat dəyərində olan çəkisi 20 qram olan 583 əyyar boyunbağı bismark qızıl-zinyət əşyaları X8 Təşkilatı “Vijn fond xxxxxxxx” MMC-ə girov qoyulmuşdur. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh1 arasında xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdıliyin icra edilməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. X4 Kredit Təşkiları “xxxxxxxx” MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2çıxış edərək bildirdi ki, xx xxxxxx 2018-ci il tarixdə onunla X8 Təşkilatı “X5” MMC-nin Yevlax filialı arasında kredit müqaviləsi bağlanmış və o, özünə məxsus qızıl-zinyət əşyalarını banka girov qoyaraq 36 ay müddətinə 0 % dərəcəsi tətbiq etməklə ona 4734 manat kredit verilmişdir. Kredit götürdükdən sonra maddi vəziyyəti pisləşmiş və bu səbəbdən də borcunu ödəməmişdir. İddianı etiraf edir, borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinəəsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsininvə cavabdehin izahatınlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuşxx xxxxxx 2018-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə görünür ki, BOKT «X5» MMC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Müqaviləyəəsasən cavabdehə 36 ay müddətinə, illik 0 % dərəcəsini tətbiq etməklə 4734 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi bağlanmış xx xxxxxx 2018-ci il tarixli girov müqaviləsinəəsasən Cavabdeh2 məxsus 260 manat dəyərində olan çəkisi 20 qram olan 583 əyyar boyunbağı bismark qızıl-zinyət əşyaları BOKT «X5» MMC-yə girov qoyulmuşdur. Kredit müqaviləsi üzrəöhdəliklərini icra etməyən Cavabdeh2əsas borc üzrə3674.00 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 367.40 manat olmaqla ümumilikdə 4041.40 manat məbləğində borcuvardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinəəsasən, fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinəəsasən, Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuşəşyaya borclu girovla təmin edilmişöhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 296.1-ci maddəsinəəsasən, Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuşəşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşmasıəsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuşşəxsin iddiasıüzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuşəşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 299.2-ci maddəsinəəsasən, Girov qoyulmuşəşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlıçəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinəəsasən, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinəəsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinəəsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinəəsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cəriməödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini vəöhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 367.40 manat dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinəəsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinəəsasən, Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinəəsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, BOKT «X5» MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlarıxəbərdar etmişdir. Şərh edilənlərəəsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 ilə BOKT «X5» MMC-nin arasında bağlanmışxx xxxxxx 2018-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə xitam verilməli; Cavabdeh2 kredit üzrəəsas borc üzrə 3674.00 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 40 manat olmaqla ümumilikdə 3714 manat məbləğində kredit borcu vəödənilmiş 30 manat məbləğində dövlət rüsununun BOKT «X5» MMC-nin xeyrinə tutulmalı, tutma Cavabdeh2 məxsus 260 manat dəyərində olan çəkisi 20 qram olan 583 əyyar boyunbağı bismark qızıl-zinyət hərracda satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına borc və dövlət rüsumu ödənilməlidir. İddianın satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehlərdən tutulması hissəsində Azərbaycan Respublikası İcra Haqqında qanunla tənzimləndiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.-­-1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinəəsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Ə.Baxşıyev küçəsi ev 25-də yaşayan Cavabdeh2 və xx xxxx 1976-cı ildə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Ə.Baxşıyev küçəsi ev 25-də yaşayan Cavabdeh1 müştərək qaydada kredit üzrəəsas borc üzrə 3674.00 manat, faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 40 manat olmaqla ümumilikdə 3714 manatvəödənilmiş 30 manat məbləğində dövlət rüsunu BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulsun. Borcun tutulması, tutmanın xx xxxxxx 2018-ci il tarixli, girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh2 məxsus 260 manat dəyərində olan çəkisi 20 qram olan 583 əyar boyunbağı bismark qızıl-zinyət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin X8 Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar