Məhkəmə qərarları › İş №2(039)-1731/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1731/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1731/2021 09.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1,753 AZN əsas, 355.45 AZN faiz borcu, 12.56 AZN cərimə və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 03.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 47 ay müddətinə, illik 25 % ödəmək şərtilə 1,753 AZN məbləğində kredit verilmişdir. Laki kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 25 iyun 2021-ci il tarixə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 1,753 AZN əsas, 355,45 AZN faiz, 12,56 AZN cərimə, cəmi 2,121.01 AZN borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva ərizə təqdim edərək iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcyini bildirib, iclasın iştirakları olmadan keçirilib iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2020-ci il tarixli, 1036nkBRD/20 saylı kredit müqaviləsinin surəti ilə müəyyən edilir ki, sonuncuya 47 ay müddətinə illik faiz dərəcəsi 25 % olmaq şərti ilə 1753.00 AZN məbləğində kredit verilmişdir. Kredit sənədindən müəyyən olunur ki, həmin tarixdə Cavabdeh 47 aylıq, illik 25 % ödəmək şərti ilə 1753.00 manat pul verilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, 25 iyun 2021-ci il tarixə Cavabdehın Banka 03 sentyabr 2020-ci il tarixli, 1036nkBRD/20 saylı kredit müqaviləsi üzrə 1,753 manat əsas, 355.45 manat faiz borcu var, 12.56 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi əsasında 47 ay müddətinə, illik 25 % ödəmək şərti ilə 1,753.00 manat pul verilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borcu yaranmışdır. Yaranmış borcun düzgün hesablanmadığına, habelə cərimənin tənasübsüzlüyünə dəlalət edən hər hansı sübut müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, cərimə, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 03 sentyabr 2020-ci il tarixli 1036nkBRD/20 saylı kredit müqaviləsi üzrə 1,753 manat əsas, 355.45 manat faiz borcu, 12.56 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,151 (iki min bir yüz əlli bir) manat 01 (bir ) qəpik iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar