Məhkəmə qərarları › İş №2(039)-174/2024

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-174/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-174/2024 06.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3870 manat məbləğində pulun, mənəvi ziyanın əvəzi olaraq 1000 manat pulun, dövlət rüsumu kimi ödənilmiş 69 manat pulun və vəkilə xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun, cəmi 5339 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair ərizəsində cavabdehdən 3510 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 69 manat pulun, vəkilə xidmət haqqı kimi ödənilmiş 400 manatın cəmi 3979 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh onun əmisi qızıdır. Onunla münasibətləri hər zaman yaxşı olmuşdur. Hazırda Cavabdeh ona 3870 manat pul borcu vardır və o, hazırkı iddia ərizəsində həmin pulu ondan tələb edir. Belə ki, 2023-cü ilin aprel ayının 15-də Yevlax rayonu, Aran qəsəbəsində anasına məxsus olan evdə anası Bənizə İbrahimovanın yanında Cavabdeh ilkin olaraq 1870 manat pul vermişdir. Çünki Aygün ona demişdir ki, “online” qaydada alış-verişlə məşğul olur və orada 6000 manat pulu vardır. Həmin pulu çıxartmaq üçün 1870 manat pula ehtiyacı var. Əgər 1870 manat pul vursa, 6000 manatı pulu vurduqdan 1 saat sonra çıxaracaq və onun pulunu da qaytaracağını bildirmiş, sonda 1870 manat pulu cavabdehə borc vermişdir. Lakin nəinki 1 saat sonra, hətta bir gün sonra belə cavabdeh, onun pulunu qaytarmamışdır. O, da təbii olaraq davamlı şəkildə ondan pulunu tələb etmiş, əmisi qızı isə pulu səhv yerə vurduğu üçün ümumi pulu çıxarda bilmədiyini söyləmişdir. Həmin il may ayının 15-də Cavabdeh ona bildirdi ki, artıq orada 15.000 manata qədər pulu yığılıbdır. Həmin pulu çıxartmaq üçün 2040 manata ehtiyac vardır. 40 manat özündə var, 2000 manat da o versin. Cavabdehə əvvəl verdiyi 1870 manat pulu da geri qaytarmaq üçün əlavə olaraq Aygünə 2000 manat da verməyə razı olmuşdur. Lakin pulu ona özü deyil, Mingəçevir şəhərində yaşayan X3 göndərdi. X4pı-pəncərə ustasıdır. Ustaya əvvəldən pul vermişdir ki, evinin qapıpəncərələrini düzəldərək gətirib qoysun. Lakin ustaya zəng edərək həmin 2000 manat pulu Aygünə göndərməsini, qapı-pəncərənin pulunu isə sonra verəcəyini demişdir. İdris də həmin 2000 manatı Aygünə göndərmişdir (elə görə də bu gün də onun evinin qapıpəncərəsiz qalmışdır - klyonka ilə örtmüşdür). Beləliklə onula Aygünə verdiyi pul 3870 manat oldu (1870+2000=3870 manat) lakin may ayından bu günə kimi o dəfələrlə tələb etsə də, Aygün həmin pulu ona qaytarmamaqdadır. Hətta bundan sonra Aygün yenidən ondan əlavə 700 manat da istəsə də aldadıldığını başa düşərək həmin pulu ona verməmişdir. Cavabdeh özünə məxsus olan pensiya kartını ona verərək kartına 4 aylıq pul vurulacağını demiş, o isə həmin kartdan 150 manat pul çıxartdıqdan sonra kart blok olunduğu üçün əlavə pul çıxara bilməmişdir. Həmçinin Aygün ona məxsus olan kommunal xərcləri də ayrı-ayrı vaxtlarda cəmi 90 manat olmaqla ödəmişdir. Bundan başqa, Cavabdeh şikayət ərizəsi əsasında Yevlax Rayon Polis Şöbəsində araşdırılma aparılmışdır. Belə ki, Cavabdeh polisə ərizə ilə müraciət edərək, “Online” ticarət zamanı onu aldadan şəxslərdən şikayət etmişdir. Həmin araşdırılmanın da bu iş üçün əhəmiyyətli olduğunu düşünərək materialın polisdən tələb edilərək öyrənilməsini xahiş edir. Həmçinin Cavabdeh sonradan (2023-cü ilin oktyabr ayında) onula və anası ilə telefonda danışan zaman da ona borclu olduğunu etiraf etmişdir. Həmin danışığı da diskə yazdıraraq iddia ərizəsinə əlavə edir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Hüseyn Abbasov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzdən görünür ki, İddiaçı hüquqi yardım üçün Yevlax şəhər Vəkil Bürosuna 400 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhərində qapı-pəncərə ustasıdır, Sevinc İbahimova ona evinə qapı-pəncərə düzəldilməsi üçün 2000 manat pul vermiş, sonradan isə zəng edərək həmin pulun Aygünə göndərilməsini bildirmiş, o isə öz növbəsində həmin 2000 manat pulu cavabdehə göndərmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh vermiş olduğu izahatdan görünür ki, özünə məxsu olan telefonun teleqram hesabına “İnsan resusları üzrə menecer” profilində ona “e-bay” alış-veriş şirkətinə qoşulmaq üçün dəvət mesajı gəlmiş, dəvət qəbul etmiş, razılaşmaya əsasən ona hər ay alış-veriş zamanı hesabına əlavə komissiyan pulu hesablanmalı olmuş, profilindən ona “X8” ASC-yə məxsus 5213 6751 0956 9740 hesab nömrəsi göndərilmiş, alış veriş üçün həmin hesab nömrəsi özünə məıxsus "xxxx" ASC-yə aid 4169 7388 0670 6275 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixdə 697 manat pul köçürmüş, hesabında qazancı ilə birlikdə 6000 manatdan artıq pul olmuş, həmin pulu çıxartmaq üçün 1870 manat vergi pulu köçürməli olması barədə ona məlumat verilmiş, ona göndərilmiş “X8” ASC-yə məxsus 4613 8602 0496 0833 hesab nömrəsinə özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 9670 6275 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixdə 800 manat, 530 manat, xx.xx.2023-cü il tarixdə 331 manat, 800 manat, 800 manat, 270 manat, pul olmaqla cəmi 3531 maant pul göndərilmişdir. "xxxx" ASC-yə aid 4169 7388 0670 6275 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixdə 100 manat pul göndərilmişdir. Bundan əlavə “X8” ASC-yə məxsus 5213 6751 8476 7276 hesab nömrəsinə özünə məxsus "xxxx" ASC-yə aid 4169 7388 8154 2785 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixdə 800 manat, 800 manat, 340 manat, cəmi 1940 manat pulu göndərmiş, ona vergini geci ödənilməsi, bu səbəbdən 6000 manat pulun ona verilməsinin mümkün olunması barədə məlumat verilmişdir. Ümumilikdə onun hesabına qoyduğu puldan əlavə olaraq qazancı ilə birlikdə 6298 manat pulu ələ keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 3870 manat məbləğində pul vermiş, Cavabdeh həmin puldan bir hissəsini yəni 360 manatını (150+90+120 manat olmaqla) iddiaçıya qaytarmış, qalan 3510 manat məbləğində pulu isə iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı vəkil xidmətlərinə görə 400 manat ödəməsi barədə qəbzi məhkəməyə təqdim etmiş və onun vəkili qismində X2 001836 saylı xx.xx.2023-cü il tarixli order əsasında çıxış etmişdir və bu səbəbdən sözügedən məbləğ hazırki iş üzrə cavabdeh İddiaçı Xaləddin qızından iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3510 (üç min beş yüz on) manat, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 400 (dörd yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3510 (üç min beş yüz on) manat, hüquqi yardım üçün vəkil xidmətinə ödədiyi 400 (dörd yüz) manat məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar