Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1743/2020 12.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 972.60 manat əsas borc, 572.11 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 150.64 manat faiz məbləği olmaqla, cəmi 1695.35 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2015-ci il tarixli 2279 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 20 faizlə 30 ay müddətinə 1800 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə cavabdehlərin Ləğv prosesində olan İddiaçı ASC-yə 972.60 manat əsas borc, 572.11 manat faiz borcu, 150.64 manat kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 1695.35 manat borcları qalmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ilə Ləğv prosesində olan İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və ona 30 ay müddətinə 20 faizlə 1800 manat kredit verilmişdir. Kredit verilərkən bankla onun arasında da, zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə vəfat etmişdir. Həmin kredit də sığortalı olmuş və sığorta şirkəti tərəfindən ödənilməlidir. Cavabdeh2 məhkəmədən, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallaında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2015-ci il tarixli AZ-l 735224 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşin Məhkəmədə mahiyyəti üzrə baxılması zamanı isə müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixdə, yəni iddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etməmişdən əvvəl vəfat etmişdir. Qeyd olunan halı nəzərə alan Məhkəmə, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh1 aid hissəsində iş üzrə icraata xitam verilməsini qərara almışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallaında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2015-ci il tarixli 2279 saylı kredit müqaviləindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müavilənin şərtələrinə əsasən Cavabdeh1 20 faizlə 30 ay müddətinə 1800 manat məbləğində kredit verilmişdir. İş materiallaında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2015-ci il tarixli 2279 saylı zaminlik müqaviləindən məlum olur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 verilən kreditin təminatı kimi Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallaında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli **********695 saylı maliyyə arayışından məlum olur ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 2279 saylı kredit müqaviləsi üzrə ümumilikdə 1695.35 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Beləliklə iş materialları ilə müəəyən edilmişdir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 Banka cəmi 1695.35 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 4.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə borc alan borc verən qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Beləliklə, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx xxxx 2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddia təmin edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1743/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1743/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver