Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1748/2023 09.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul və dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu (ödəməli) olduğu 2421 manat pul vəsaitinin və 44.21 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehin sifarişi əsasında briqada yığıb onun torpaq sahəsində işləmişlər. Razılaşma onunla cavabdeh arasında olmuşdur. Cavabdeh onların pulunun bir hissəsini ödəsə də, 2421 manat pulu verməmişdir. Dəfələrlə pulu tələb etsə də, pulu verməkdən imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, İddiaçı öz briqadası ilə onun yanında işləyib və ona 1200 manat borcu yaranıb. Borcunu tez bir zamanda ödəməyinə söz verir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Cavabdeh torpaq sahəsində briqada şəkilində işləmişlər. Cavabdeh onların pulunu kəsib. Onun pulunu Rəfail öz cibindən ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, cavabdeh pullarını kəsib vermir. Dəfələrlə verəcəyini bildirmişdir. Lakin verməyib. Cavabdehin onlara 2425 manat borcu qalıb. İşçilərə çatası pulu Rəfail cibindən vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, cavabdehin torpaq sahəsində işləmişlər. İşi Rəfail danışmışdır. Asif pulu tam olaraq verməmişdir. İşçilərə çatası pulu Rəfail cibindən vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Asifin Rəfailə olan razılaşması əsasında Asifin torpaq sahəsində işləmişlər. Asifin Rəfailə 2400 manat borcu var. İşlədikləri pulu Asif verməmişdir. Onun pulunu Rəfail öz cibindən ödəmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən görünür ki, İddiaçı 44.21 manat dövlət rüsumu ödəmişdir. Beləliklə iş materiallarından məlum olur ki, tərəflərin arasında olan razılıq əsasında, iddiaçı öz briqadası ilə cavabdehin tapşırığı əsasında ona məxsus torpaq sahəsində işləmişlər. Həmin tapşırıq nəticəsində cavabdehin iddiaçıya borcu qalmışdır. İddiaçı 2421 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıya 1200 manat borcu olduğunu bildirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 manat pul və 32 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı borcun məbləğinin 2421 manat olmasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh 1200 manat borcu etiraf etdiyindən iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə görə, Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.2-ci maddəsinə görə, Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.1-ci maddəsinə əsasən, Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 783.2-ci maddəsinə əsasən, Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 784-cü maddəsinə əsasən, Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat borc və 32 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1748/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1748/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver