Məhkəmə qərarları › İş №2(039)-1752/2023

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1752/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1752/2023 02.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1050 manat məbləğində borcun və 30.50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onların ailəsinin yaxın münasibətləri olmuş və aralarında daim səmimiyyət, inam etibar olunmuşdur. O, 4000 manat pul vəsaiti kredit götürmüş və həmin vəsait ilə mal-heyvan alıb nəvələrini dolanışığını təmin etmək istəyir. Onda pul olduğunu cavabdeh bildiyindən, ondan qısa müddətə qaytarmaq şərtilə 1050 manat borcu pul istəmişdir. O, 2021-ci ildə cavabdehə 1050 manat borcu pul vermişdir. Artıq həmin müddətdən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəmir. Cavabdehin ona 1050 manat pul vəsaiti borclu olmasını etiraf etsə də, hər dəfə borcunun ödənilməsini tələb etdikdə müxtəlif bəhanələr gətirir və borcunu ödəmir. O, cavabdehdən Yevlax rayon polis şöbəsinə şikayət etmiş, lakin cavabdeh ilə onun arasında olan mübahisənin mülki xarakterli olduğunu nəzərə alaraq ona bildirilmişdir ki, məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. O, hazırda cavabdehin ona borclu olduğu 1050 manat pul vəsaitini və dövlət rüsumu hesabına ödədiyi 30.50 manat pul vəsaitini tələb edir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Yevlax Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Yevlax rayonu Nəmərli kəndində yaşayan Cavabdeh 2021ci ildə 1050 manat borc pul vermişdir. Lakin indiyənə qədər borcunu ala bilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Yevlax rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, 2021-ci ilin dekabr ayında Xalidə xanımdan 1050 manat sələm götürmüş, girov olaraq anasının pensiya kartını qoymuş, bu müddət ərizində ona qarşılı 2300 manat pul ödəmişdir. İndi imkanı yoxdur olduqca pulun ödəyəcəkdir. Onun halhazırda onun sələm ödəməyə imkanı yoxdur. İmkanı olarsa pulu az-az ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 1050 manat məbləğində pul vermiş, Cavabdeh 1050 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh iddiaçı qarşısında hər hansı öhdəliklərinin olmaması və ya öhdəliklərini icra etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə manat 1050 məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.50 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1050 (bir min əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 50 (əlli) qəpik İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar