Məhkəmə qərarları › İş №2(039)-1753/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1753/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1753/2023 26.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 17,000 manat məbləğində olan borcun, 141 manat dövlət rüsumunun tutulub verilməsi barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlərlə razılığa gəldiyini, təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclas zamanı iddiaçı ilə razılıq əldə etdiklərini bildirmiş və təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 191.1. tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə təqdim edilmiş barışıq sazişinin şərtlərini və bunun hüquqi nəticələrini tərəflərlə müzakirə edərək belə nəticəyə gəlir ki, barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən təqdim edilmiş barışıq sazişi təsdiq edilsin.

1. Cavabdeh1 11,700 manat pulun əvəzi olaraq hər ay 200 (iki yüz) manat İddiaçı xeyrinə tutulsun.

2. Cavabdeh2 və Cavabdeh1 birlikdə 11,700 manat pulun əvəzi olaraq hər ay 100 (bir yüz) manat İddiaçı xeyrinə tutulsun.

3. X1 17,000 manat pulun 11,700 manat pulun ödənilməsinə razılaşır və onlardan hər ay 300 manat pul ödənilməsinə razılıq veriri. Hazırkı iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumundan 125 (bir yüz iyirmi beş) manat 10 (on) qəpik İddiaçı qaytarılsın. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar