Məhkəmə qərarları › İş №2(039)-176/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-176/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-176/2025 12.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehdan 9500 manat məbləğində borcun və 116 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan məhkəmə hazırlıq iclası zamanı iddia həcminin artırılması tələbinə dair ərizə təqdim edərək Cavabdehdan (9500+10640) manat olmaqla, cəmi 20140 manat məbləğində pulun, həmçinin (122+116) 238 manat dövlət rüsumunun əvəzinin, cəmi 20378 (iyirmi min üç yüz yetmiş səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildə Yevlax rayonu, Qaramanlı kəndində Cavabdeh ilə şifahi razılaşaraq ondan 3.88 ha torpaq sahəsini 9500 manata almış, həmin pulu cavabdehə verilməsinə dair onun öz aralarında şahidlərin iştirakı ilə borc müqaviləsi tərtib olunaraq imzalanmışdır. Müəyyən aidiyyatı sənədlər qaydasında olmadığı üçün həmin vaxt qeyd olunan torpaq sahəsini adına rəsmiləşdirə bilməmişdir. 2024-cü ilin sentyabr ayında o, cavabdehdən aldığı torpaq sahəsini adına rəsmiləşdirmək istətikdə aralarında mübahisə yaranmışdır. Onun barəsində həmin torpaq sahəsini zəbt etdiyi üçün Yevlax rayon polis şöbəsinə şikayət olunmuşdur. Bu səbəbdən o, həmin torpaq sahəsini adına sənədləşdirə bilmədiyini və cavabdehdən verdiyi 9500 manat məbləğində pulunu geri istədiyini bu gübəndək o,nə torpağı adına sənədləşdirə bilmir nə də pulunu cavabdehdən ala bilmir. Cavabdehdən 9500 manat pulun və iddia tələbi ilə bağlı banka ödədiyi 116 manat dövlət rüsumu olmaqla, cəmi 9616 manat məbləğində pulun cavabdehdən tutulub ona verilməsini istəyir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, cavabdehə borc verdiyi 9500 manat puldan başqa başqa həmçinin həmin pulun bu günə olan indeksasiya olunmuş hissəsini, yəni əlavə 10640 manat pulun tutumasını və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X8 vəsatət ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə saat 10:00 təyin olunmuş məhkəməmə prosesinin vaxtının başqa vaxta təxirə salınmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ünvanlayaraq, İddiaçı ona qarşı irəli sürdüyü cəmi 20378 manat məbləğində pul tələbinə dair iddiasının əsasız olması ilə yanaşı iddia müddətinin ötürülməklə iddianın irəli sürüldüyü üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil cavabdeh ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X3 Rayon Məhkəməsinin icraatında olan 2(039)-176/2025 saylı mülki iş üzrə ona qarşı iddia tələbi irəli sürərək ondan 9500 (doqquz min beş yüz) manat pulun və iddia tələbi ilə bağlı ödədiyi 116 (bir yüz on altı) dövlət rüsumunun, cəmi 9.616 (doqquz min altı yüz on altı) manat məbləğində pulun ondan alınıb ona verilməsini, daha sonra isə iddia tələbinin həcmini artıraraq 9500 manatdan başqa həmçinin həmin pulun bu günə olan indeksasiya olunmuş hissəsini, yəni 10640 manat pul tələb etməklə məhkəmədən xahiş etmişdir ki, Cavabdeh 20140 manat (9500+10640) məbləğində pulun, həmçinin 238 (122+116) manat dövlət rüsumunun əvəzinin, cəmi 20378 (iyirmi min üç yüz yetmiş səkkiz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, iddiaçı X12 ilk iddia ərizəsi ilə ondan tələb etdiyi 9500 manat borc tələbi tamamilə əsassızdır, o cümlədən iddia ərizəsinə əlavə olaraq irəli sürdüyü 10640 manat pul (9500 manat pul vəsaitinin indeksləşdirilmiş məbləği) tələbi də, birinci tələbdən irəli gəldiyi üçün əsassızdır. İddiaçı X16 ilə onun aralarında borc pul məbləğinin alınması ilə bağlı hüquq münasibəti olmamışdır. O, iddia tələbini qəbul etmir. İddia tələbi tamamilə əsassızdır. O, tam savadsızdır, yazmaq-oxumaq bilmir. 15 yanvar 2011-ci il tarixli "borc müqaviləsi"ndə X16 tərəfindən ona 9500 (doqquz min beş yüz) məbləğində nəğd pul verildiyi yazılmışdır. Onun savadsızlığından istifadə edilərək borc müqaviləsi tərtib edilmiş və ona imza etdirilmişdir. İlk iddia tələbi üzrə, İddiaçı bildirir ki, 2011-ci ildə Yevlax rayonu Qaramanlı kəndində Cavabdeh ilə şifahi razılaşaraq ondan 3.88 ha torpaq sahəsini 9500 manata almış, həmin 9500 manat məbləğində pulun Cavabdeh verilməsinə dair onunla öz aralarında şahidlərin iştirakı ilə borc müqaviləsi tərtib olunaraq imzalanmışdır. Müəyyən aidiyyatı sənədlər qaydasında olmadığı üçün həmin vaxt yuxarıda qeyd olunan torpaq sahəsini adına rəsmiləşdirə bilmədiyini, 2024-cü ilin sentyabr ayında o, cavabdehdən aldığı torpaq sahəsini adına rəsmiləşdirmək istədikdə aralarında mübahisə yaranmışdır. Barədə guya həmin torpaq sahəsini zəbt etdiyi üçün Yevlax RPŞ-yə şikayət olunmuş, bu səbəbdən də o, həmin torpaq sahəsini adına sənədləşdirə bilmədiyini, vəziyyəti belə gördükdə o, Cavabdeh verdiyi 9500 manat məbləğində pulunu geri istədiyini, lakin bu günədək ona nə torpağı adına sənədləşdirə bilir, nə də pulunu cavabdehdən ala bilir. Əslində isə mübahisə ilə bağlı onunla cavabdeh və onun qardaşları arasında aşağıda qeyd hüquq münasibətləri olmuşdur. İddiaçı gözəl bilir ki, o, və bacısı X5, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında 3.88 ha olan torpaq sahəsinin hər onlara məxsus (Gülnarə Xankişiyevaya və ona məxsus) 0.97 ha hissəsini bötövlikdə, cəmi 1.94 ha hissə olmaqla X13 Mingəçevir Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi X1 tərəfindən xx.xx.2023-cü il tarixdə ,4Ə-1929 reyestr sayla təstiq edilmiş müqavilə ilə satılmışdır. Həmin alqı-satqı müqaviləsindən sonra, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş bölgü planında göstərilən hissədən alıcı X13 1.94 ha torpaq sahəsi və X9 məxsus 1.94 ha torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İddiaçı, digər qardaşları X18 və X19 ilə həmişə birgə təsərrüfatı idarə etmişlər və yuxarıda qeyd olunan bölgüdən hər biri xəbərdar olmuşlar. Hər üç Abışov qardaşları, onun qardaşı Mahir Xankişiyevə məxsus torpaq sahəsindən (bölgüdə göstərilən hissədən) çıxmadıqları üçün aidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, eyni zamanda anam da şəhid oğluna verilmiş torpaq sahəsini tələb etmişdir. İddiaçı bildirir ki, 2024-cü ilin sentyabr ayında o, cavabdehdən aldığı torpaq sahəsini adına sənədləşdirə bilmədiyini iddiaçının bu məlumatı tamamilə yanlışdır. Çünki, iddiaçı çox gözəl bilirdi ki, onunla qardaşı X18 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Necə ola bilər ki, xx.xx.2023-cü ildə satılmış torpaq sahəsi ilə bağlı 2024-cü ilin sentyabr ayında yenidən mübahisə açılsın. Onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, iddiaçının qardaşı X18 ilə onun arasında bağlanmış alqı-satqı müqaviləsi zamanı onun mənafeyinə ziyan dəymişdir. Belə ki, alqı- satqının predmetini təşkil edən daşınmaz əmlakın dəyəri ona ödənilməmişdir ki, o, bununla bağlı müstəqil iddia tələbi irəli sürəcəyəyini, o, iddia tələbini qəbul etmir. 9500 manat pul vəsaitinin iddiaçıdan borc atmağımla bağlı yazılmış borc müqaviləsi onun savadsızlığından istifadə edilərək yazılmışdır. Hərgah, həmin məbləğ kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışı ilə bağlı tərtib edilmişdirsə, yəqin ki, belə bir qeyd həmin yazışmada öz əksini tapardır. İddia tələbinin qanunsuz və əsassız olmaqla yanaşı, iddia müddətini ötürməklə irəli sürüldüyündən, iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin və vəkilinin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2011-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 9500 manat məbləğində borc pul vermişdir. Borcalan xx.xx.2011-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********95 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 3,8781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X7, Cavabdeh və X2 adına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 115 manat pul ödəmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 122 manat pul ödəmişdir. xx.xx.2023-cü il tarixli əmlak bölgüsü barədə müqaviləsindən görünür ki, satıcılar Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat saylı çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan Yevlax rayonu, Qaramanlı kəndində yerləşən ümumi sahəsi 3.88 ha olan torpaq sahəsinin X4 məxsus olan 0.97 ha hissəsini bütövlükdə və Cavabdeh məxsus 0.97 ha hissəsini bütövlükdə cəmi 1.94 ha hissəsi olmaqla X13 Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi X1 tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-1929 reyestr sayla təsdiq edilmiş müqavilə ilə satmışdırlar. Azərbaycan Respublikası Əmlak X15 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş bölgü planında göstərilən hissədən alıcı X13 1.94 ha torpaq sahəsi və X10 məxsus 1.94 ha torpaq sahəsi ayrılması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasaən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2-ci maddəsinə əsasaən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı cavabdehə borca pul vermiş, cavabdeh isə həmin pulu öz imzası ilə təsdiq edərək yazdığı borc müqaviləsinə əsasən qəbul etmişdir. İddiaçı sözügedən pul məbləğini qaytarmadığından Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd ediləsini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında xx.xx.2011-ci ildə borc münasibətləri yaranmış, həmin razılaşmanın şərtlərinə görə İddiaçı Cavabdeh borc pul vermiş, sonuncu isə həmin məbləği xx.xx.2011-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Hazırki, borc müqaviləsindən məlum olur ki, müqavilənin icra müddəti məhz xx.xx.2011-ci il tarixədək müəyyən edilmişdir. Belə olan halda iddia müddətinin axımı həmin tarixdən sorakı gün başlanlır. Yəni müqavilə üzrə tələb etmə vaxtının (iddia müddətinin) axımı xx.xx.2011-ci il tarixdən başlamış və iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə - iddia müddəti bitdikdən 13 İl 7 ay 4 gün sonra daxil olmuşdur. İddiaçı iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti tədbiq edilməli və iddia rədd edilməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, Vaxt aşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixliqərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası məhkəməyə iddia müddəti ötürülməklə verildiyindən təmin oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 238 manat dövlət rüsumunun İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar