Məhkəmə qərarları › İş №2(039)-1764/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1764/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1764/2020 28.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, aliment və uşağın himayədə saxlanılması» tələbinə dair işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, aliment və uşağın himayədə saxlanılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında xx xxxxxx 2018-ci il tarixdə Yevlax rayon Qeydiyyat Şöbəsində 186 saylı nikahın ləğv edilməsi, xx.xx.2020-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, Cavabdeh birgə nikahılarından dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladının 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin alınıb onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh ilə nikahlarını xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X4 adında bir övladları var. Cavabdeh ilə evləndikləri ilk günlərdə mehriban olsalar da, sonradan münasibətlərində soyuqluq yaranmışdır. Belə ki, cavabdeh ailədə onu bir qadın kimi saymamış, ona və ailəsinə hörmət etməmiş, qayğı göstərməmişdir. Dəfələrlə ailənin dağılmaması üçün təşəbbüslər göstərsədə lakin heç bir nəticəsi olmamışdır. Cavabdehin evdə tapılmaması, övladı ilə maraqlanmaması onun maddi və mənəvi ehtiyclarını qarşılamamasını və hazırda övladıyla birgə ayrı yaşadığını bildirdi. Övladının tələbatlarını tək ödəyə bilmir, ailəni dolandırmaqda çətnlik çəkir, bir ana kimi öhdəsinə düşən vəzifələrini layiqincə yerinə yetirsə də cavabdehin könüllü olaraq uşağına yardım göstərməyə cəhd etməməsini bildirdi. Bununla bağlı məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vəkili və nümayəndəsi X5 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, İddiaçı ilə evlənmişlər. Birgə yaşayış dövründə bir övladı olmuşdur. Hazırda iddiaçıyla barışmaq fikiri yoxdur, boşanmağa razıdır. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1999-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il Yevlax şəhəri Qeydiyyat Şöbəsində bağlanmış nikah şəhadətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2018-cı il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli, AZ- İV 456301 saylı doğum haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, X4 xx xxxx 2020-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilən Azərbaycan Respublikasının Yevlax şəhər İcra Hakimiyyəti Başçısı 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 20.40 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər xx xxxxxx 2018-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri qeyri-normal hal aldığından ayrılıb ayrı yaşayırlar. Ayrıldıqları vaxt uşaq ananın himayəsində qalmışdır. İddiaçı nikahın pozulması tələbi ilə bağlı məhkəməyə iddia ərizəsi ünvanlayaraq nikahın pozulması və uşağın saxlanılması üçün hər ay 200 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin ailənin bərpa etməsi fikiri yoxdur. Faktiki olaraq ailə mövcud deyildir. Aralarında qeyd edilmiş nikah formal xarakter daşıyır. İddiaçı boşanmaqda israrlıdır. Ona görə də, məhkəmə hesab edir ki, tərəflərin arasında bağlanmış nikah pozulmalı, xx xxxx 2020-ci ildə anadan olmuş X4 adlı adlı uşaq İddiaçı himayəsində saxlanılmalı və onun saxlanılması üçun hər ay 140 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən uşaqlar üçün yaşayış minimumu 170 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 22.1-ci maddəsində göstərilir ki,nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərindən hansının yanında qaldığı müəyyən edilməlidir. 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumu alınaraq, Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yevlax Rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx xxxxxx 2018-ci il tarixli nikah qeydi pozulsun. Nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxx 2020-ci il təvəllüdlü X4 adlı İddiaçı himayəsində saxlansın. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq, xx xxxx 2020-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar