Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1764/2023 24.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə” dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı, ümumi çəkisi 48.9 qram çəkidə olan, 750 əyarlıq (üzük, tana, iki sinəbənd, iki sep) qızıl-zinət əşyalarına görə 2870 manatın və 2016-cı il tarixdən hesablanmaqla yeddi il hesablanan 2870 manat məbləğində pulun ilil faiz dərəcəsi 5 olmaqla, kompensasiyasının və məhkəməyə ödədiyi 60 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdehin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.11, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1764/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1764/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver