Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1768/2025 04.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair işə 04 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2030 (iki min otuz) manat məbləğində pulun iddiaçı X1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,İddiaçı 04 may 2025-ci il tarixində "xxxx" ASC-yə olan kredit borcunu ödəmək məqsədilə mypay ödəniş terminal vasitəsilə iki dəfəyə cəmi 2030 (iki min otuz) manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin, ödəniş zamanı texniki səhvə yol verərək iddiaçıya aid olan 14908480 saylı müştəri kodu əvəzinə səhvən 14808480 saylı müştəri kodunu daxil etmişdir. Ödənişdən sonra iddiaçının telefonuna təsdiqedici SMS bildirişi daxil olmadığından məsələni araşdırmaq məqsədiklə dərhal banka müraciət etmişdir. Bank əməkdaşları tərəfindən iddiaçıya bildirilmişdir ki, göstərilən müştəri koduna dair məlumatlar konfidensial xarakter daşıdığından Bank sirri iddiaçıya açıqlana bilməz. Bununla belə, ödəniş qəbzində göstərilən soyad, ad və ata adına əsasən müvafiq araşdırma apararaq vəsaitin Yevlax rayonu, Aşağı Bucaq kənd sakini Cavabdeh hesabına yönləndirildiyini müəyyən etmişdir. İddiaçının faktiki yaşadığı Bakı şəhərindən Yevlax rayonuna gələrək həmi şəxslə görüşmüşdür. Lakin, o vəsaiti geri qaytarmaqdan imtina edərək bildirmişdir ki, “bu sənin səhvindir, mən sənə heç bir məbləğdə pul qaytarmayacağam, nə bilirsən et.” Daha sonra cavabdehin atası və yeznəsi ilə də əlaqə saxlamış, lakin onların da cavabdehə təsir imkanlarının olmadığını görmüşdür. Qeyd olunanları nəzərə alaraq, mübahisənin məhkəmədənkənar yolla həllinə dair bütün cəhdlərinin nəticəsiz qalması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs qismində məhkəməyə cəlb olunan "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 04 may 2025-ci il tarixində nömrəsi 24921 və 2315 olan qəbzlərdən görünür ki, İddiaçı 14808480 müştəri kodlu karta ümumilikdə 2030 (iki min otuz) manat pul köçürmüşdür. İş materialları ilə müəyyən edilir ki, 9-1490848-1 saylı hesab nömrəsi İddiaçı hesab nömrəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MM-nin 439.4-cü maddəsinə əsasən, Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, İddiaçı kredit ödənişini özünə məxsus olan ******* nömrəli müştəri koduna ödəniş etmək əvəzinə 14808480 saylı müştəri koduna, yəni Cavabdeh məxsus müştəri koduna 2000+30 manat ödəniş etmişdir. İddiaçı Cavabdeh səhvən ödənişin geri qaytarımasını tələb etsə də, geri qaytarımamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 2030 (iki min otuz) manat məbləğində pul xx xxxxxx 1993-cü il tarixdə Yevlax rayonu, Aşağı Bucaq kəndində anadan olmuş, eyni ünvanda qeydiyyatda olan Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1768/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1768/2025
04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver