Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1769/2021 16.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 7,115 manat borcunun və 30 manat dövlət rüsumunun müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, 2018-ci ilin avqust ayında cavabdeh ondan hissə-hissə 5,915 manat pul borca almışdır və bu pulu tezliklə ödəyəcəyini bildirmişdir. Lakin sonradan qonşunun adına köməklik üçün bankdan 3,700 pul götürmüşdür ki, pulu banka ödəsin. Kifayət pulu on ay banka ödədikdən sonra ödəməyəciyini bildirmiş, sonradan qonşu ona bildirmilşdir ki, Rusiya Federasiyasına getdiyi üçün onun adına götürdüyü krediti bağlamamışdır. O da, məcbur olub krediti tanışlarının köməyi ilə özü bağlamışdır. Sonradan cavabdeh başqa bankda 38 qram qızılının olduğunu söyləmiş və 1,200 manat çatışmadığı üçün bankdan qızılı çıxara bilmədiyini bildirmişdir. İnanmaq üçün bankdan öyrənmişdir ki, həqiqətən də cavabdehin adında qızıl var. Cavabdeh bildirmişdir ki, 1,200 manat ödəsə 38 qram qızılı çıxarıb ona verəcəkdir. Kredit onun adına olduğuna görə məcbur olub pulu cavabdehin adına ödəmişdir. Lakin qızılı çıxarıb cavabdeh ona verməmişdir. Odur ki, cavabdeh 7,115.00 manat pul borclu qalmışdır. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək iddia ərizəsində qeyd etdiyi 38 qram 750 əyar qızılı cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun tərəfindən təqdim edilmiş bütün qəbzlərdə olan imzalar cavabdeh tərəfindən şəxsən icra edilmişdir. Onun tərəfindən qəbzlərə hər hansı əlavə qeyd aparılmamışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəllər bir neçə dəfə İddiaçı müraciət edərək borc olaraq pul götürmüş, həmin borcu müəyyən edilmiş faizi ilə birlikdə qaytarmışdır. Sonuncu dəfə Solmazdan yalnız 800 manat pul götürmüş və həmin məbləği qaytarmamışdır. Bundan əvvəl bir dəfə Solmazdan 1,450 manat götürmüş həmin məbləği də faizi ilə qaytarmışdır. Solmazın 1,450 manata dair təqdim etdiyi qəbz isə 145 manata görə olmuşdur, Solmaz həmin qəbzə “0” rəqəmini sonradan əlavə etmişdir. 2,900 manata dair, habelə 3,700 manata dair qəbzlər onun tərəfindən nə yazılıb, nə də imzalanıb. Bundan başqa Bankdan pul götürmüş və 38 qram qızılını girov olaraq qoymuşdur. 1,200 manat borcu yarandığı üçün Solmazla razılaşmışdır ki, Solmaz 1,200 manat pulu onun adından ödəsin və bundan sonra həmin 38 qram qızılı Solmaza versin. Bu barədə qəbz yazıldıqdan sonra düşünmüşdür ki, 38 qram qızılın dəyəri daha çox edir və belə qərara gəlmişdir ki, həmin pulu özü ödəsin və qızılı Bankdan götürsün. Elə də etmişdir. Yəni qəbzdə yazılanlara ehtiyac qalmamışdır. 1,200 manat pulun ödənilməsini təsdiq edən 01 iyul 2019-cu il tarixli qəbzi Solmaza verməmişdir. Bu qəbzin necə Solmazda olmasını anlaya bilmir. Təqdim edilmiş tarixi qeyd edilməyən qəbzdə qeyd olunur ki, Q.Solmazdan aldığım 800 manat pulu 2 aya qaytaracam, imza Cavabdeh Digər qəbzdə qeyd olunur ki, “1450 manat pul götürmüşəm Solmazdan. İmza Cavabdeh” 09 avqust 2018-ci il tarixli qəbzdə qeyd edilir ki, “Q.Solmazdan 2,900 manat borc pul aldım” imza. Daha bir qəbzdə qeyd edilir ki, “Mən Cavabdeh. Q. Solmazdan 800 manat aldım. İmza Cavabdeh ” qeyd edilir. Daha bir qəbzdə qeyd edilir ki, “Cavabdeh İddiaçı Şəfanın adına (3700) manat üçün yeddi yüz manat pul götürmüşəm” qeyd edilir. Digər 01 iyul 2019-cu il tarixli qəbzdə “Mən Cavabdeh Bankda olan qızılları İddiaçı satıram 1200 manat pulu Solmaz ödəyir Banka. Mən 38 qr Solmaza verəjəm” imza Cavabdeh. Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli 4/1409-5/1153 nömrəli ekspertiza rəyində qeyd olunur ki, tədqiqata təqdim olunmuş, “1450 man pul” sözləri ilə başlayıb, “Cavabdeh” sözü ilə bitən qəbzin üzərində olan “1450” rəqəmlərindəki “1” rəqəm həmin rəqəmlərin qarşısına sonradan əlavə edilmişdi. tədqiqata təqdim olunmuş, 1450 man pul” sözləri ilə başlayıb, “Cavabdeh” sözü ilə bitən qəbzin üzərində olan “1450” rəqəmlərindəki “4” rəqəmin yerində “1”rəqəmi olmuş, sonradan əlavə cizgi artırılmaqla rəqəmə dəyişdirilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci və 6-cı vərəqlərinin arasında olan 2900 manata dair 09.08.2018-ci i tarixli qəbzdə imza; 3700 manata dair qəbzdəki (i.v.10) yazılar və imza və 1450 manata dair qəbzdəki (i.v.7) yazılar və imza-QASİMOVA KİFAYƏT BƏYLƏR tərəfindən icra olunmuşdur. Xəzinə mədaxil orderindən görünür ki, Cavabdeh BOKT İnternational Bərdə F hesabına 1,183 manat ödəmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan bir neçə dəfə qəbz təqdim etməklə borc pul götürmüşdür. İddiaçı bunun təsdiqi olaraq iki ədəd 800 manata dair, 1,450 manata dair, 2,900 manata dair və 3,700 manata dair, ümumi 9,650 manata dair qəbz təqdim etmiş, eyni zamanda 38 qram qızılın dəyərini ödədiyi bildirərək həmin qızılın cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh, əvvəllər bir neçə dəfə İddiaçı müraciət edərək borc olaraq pul götürdüyünü, həmin borcu müəyyən edilmiş faizi ilə birlikdə qaytardığını, iddiaçıya yalnız 800 manat borclu qaldığını bildirsə də, götürdüyü borcu ödəməsinə dair hər hansı sübut təqdim etməmişdir. Lakin, ekspertiza rəyi ilə müəyyən edilir ki, 1,450 manata dair qəbzdə öndə 1 rəqəmi əlavə edilmiş ikinci sıradakı 1 rəqəmi isə düzəldilərək 4 rəqəmi kimi qeyd edilmişdir ki, bununla da həmin qəbzdə ilk olaraq 150 manat qeyd edildiyi müəyyən olunur. İddiaçı bu düzəlişin cavabdeh tərəfindən edildiyini qeyd etsə də, buna dair sübut təqdim etməmişdir. Beləliklə, təqdim edilmiş qəbzlərlə cəmi 8,350 manata dair borcun həqiqiliyi təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, borc tələbi hissəsində iddia yalnız tələb həcmində, yəni 5,915 (7,115 – 1,200 manat 38 qram qızılın dəyəri) manat hissəsində təmin edilməlidir. Bundan başqa iddiaçı 1,200 manat pulu cavabdehə verdiyini, bununla da qəbzə istinad edərək 38 qram qızılın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etsə də, təqdim edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, qəbzdə qeyd edilən məbləğ cavabdehin özü tərəfindən ödənilmişdir. Bu səbəbdən həmin hissədə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri isə tərəflərdən bərabər olaraq Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5,915 manat borc, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 5,945 (beş min doqquz yüz qırx beş) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri – 60 (altmış) manat İddiaçı, 60 (altmış) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1769/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1769/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver