Məhkəmə qərarları › İş №2(039)-1772/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1772/2022

15.07.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1772/2022 15.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, İddiaçı tərəfindən səhvən ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə “qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə” görə İsmayıllı Rayon Məhkəməsinin balansına köçürməli olduğu 100 manat rüsum məbləği texniki səhv nəticəsində Yevlax Rayon Məhkəməsinin balansına köçürülmüş olduğu dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ərizə ilə müraciət etməli olduğu halda məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsının. Azərbaycan Respublikası MPM-nin 152.1-152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı ilə Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması qaydaları müəyyən edilmişdir. Belə ki, həmin Qərarın 2.1.1-ci bəndində qeyd edilmişdir ki, dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. 3-cü bəndinə əsasən Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumu dövlət rüsumunun ödəyicisinin yazılı müraciətinə əsasən 20 gün müddətində qaytarılır, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması üçün müəyyən edilmiş 20 günlük müddət dövlət rüsumunu tutan orqana bu barədə ərizə verildiyi gündən vəsaitin müvafiq dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün 5 il ərzində iddia verilə bilər. Həmin qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Həmin qərarının 4.2-ci bəndində qeyd edilmişdir ki, Dövlət rüsumunu tutan orqan dövlət rüsumunun ödəyicisinin ərizəsi daxil olduğu gündən 15 gün müddətində dövlət rüsumunun düzgün tutulmamasını və ya artıq ödənilməsini araşdırmalı və dövlət rüsumunun ödəyicisinin ərizəsinin surəti əlavə edilməklə düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Dövlət rüsumunun düzgün tutulmaması və ya artıq ödənilməsi təsdiq edilmədiyi halda, bu barədə dövlət rüsumunu tutan orqan 5 gün müddətində dövlət rüsumunun ödəyicisinə məlumat verməlidir. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçı texniki səhv nəticəsində Yevlax Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödəmişdir. Hazıradək Yevlax Rayon Məhkəməsinin icraatında iddiaçının hər hansı iddiası mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin müvafiq normaları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli Qərarı Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılmasını təmzinləyir. Qeyd olunan vəziyyətdə ərizə mülki iş kimi qeydiyyatda alındığından, habelə iddia ərizəsi bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmunu riayət edilmədən tərtib edildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ərizə ilə məhkəməyə, habelə sözügedən qərarın tələblərinə riayət etməklə aidiyyəti vergi və maliyyə orqanına müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra, təkrarən ərizə ilə məhkəməyə, habelə aidiyyəti vergi və maliyyə orqanına müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar