Məhkəmə qərarları › İş №2(039)-1773/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1773/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1773/2020 26.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı QSC X3 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına və tutmanın girov predmetinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına və tutmanın girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 951,13 ABŞ dolları əsas borcun, 102,39 ABŞ dolları faiz borcunun, cəmi 1053,52 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh məxsus olan 583 əyarlı 13 qram çəkisi olan 1 ədəd saat, 583 əyarlı 32 qram çəkisi olan 3 ədəd sep, 583 əyarlı 2,3 qram çəkisi olan üzük, 583 əyarlı 14,7 qram çəkisi olan 3 cüt sırğa olan qızılzinət əşyalarına yönəldilərək açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılmasına, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı” QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, № 2299 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 24 ay müddətinə 1040 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2015-ci tarixdə, 2299 saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 583 əyarlı 13 qram çəkisi olan 1 ədəd saat, 583 əyarlı 32 qram çəkisi olan 3 ədəd sep, 583 əyarlı 2,3 qram çəkisi olan üzük, 583 əyarlı 14,7 qram çəkisi olan 3 cüt sırğa olan qızıl- zinət əşyaları girov qoyulmuşdur. Kredit Müqaviləsinin 10.2-ci bəndinə əsasən “Borc alan" üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,3%-i miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin banka hazırda olan borcu- əsas borc üzrə 951,13 ABŞ dolları, faiz borcu üzrə 102,39 ABŞ dolları olmaqla, cəmi 1053,52 ABŞ dolları məbləği təşkil edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə” dair xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC X3 Təşkilatının nümayəndəsi Süleyman Bəkirov məhkəməyə teleqram göndərərək iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi “köçüb”, bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdeh X1 çatdırılması üçün Yevlax şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubda cavabdehin qeyd olunan ünvanda yaşamadığı bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli, 2299 saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh 24 ay müddətinə, 22 faiz dərəcəsi ilə 1040 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxxxx 2015-ci il tarixli, 2299 №li kredit müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Yevlax filialı ilə girovqoyan Cavabdeh arasında xx xxxxxxxx 2015-ci il tarixli, 2299 №li girov müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 583 əyarlı 13 qram çəkisi olan 1 ədəd saat, 583 əyarlı 32 qram çəkisi olan 3 ədəd sep, 583 əyarlı 2,3 qram çəkisi olan üzük, 583 əyyarlı 14,7 qram çəkisi olan 3 cüt sırğa girovqoyan tərəfindən Bank qarşısında girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 951,13 ABŞ dolları əsas borcu, 102,39 ABŞ dolları faiz borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdehvermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh Banka olan 1053,52 ABŞ dolları məbləğində əsas borcu ödənilməmiş qalmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehİddiaçı QSC-nin xeyrinə əsas borc üzrə 951,13 ABŞ dolları, faiz borcu üzrə 102,39 ABŞ dolları olmaqla, cəmi 1053,52 ABŞ dolları məbləğində borc tutulmalı, tutma girov müqaviləsinə əsasəngirov predmeti olan qızıl-zinyət əşyalarına yönəldilməlidir. İddia tələbinin satışdan əldə olunan vəsait bütün hesablanmış kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə qalıq borcun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 951,13 ABŞ dolları, faiz borcu üzrə 102,39 ABŞ dolları olmaqla, cəmi 1053,52 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla və 30 manat dövlət rüsumu İddiaçı QSC X3 Təşkilatının xeyrinə tutulsun. Tutma xx.xx.2015-ci il tarixli, 2299 №li girov müqaviləsinə əsasən girov predmeti olan 583 əyarlı 13 qram çəkisi olan 1 ədəd saat, 583 əyarlı 32 qram çəkisi olan 3 ədəd sep, 583 əyarlı 2,3 qram çəkisi olan üzük, 583 əyyarlı 14,7 qram çəkisi olan 3 cüt sırğa qızılzinyət əşyalarına yönəldilsin.Həmin əşyalar açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 1053,52 ABŞ dolları məbləğində pul İddiaçı QSC X3 Təşkilatına ödənilsin, qalan məbləğ Cavabdeh verilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar