Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1774/2021 19.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC(bundan sonra mətndə Bank) cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 9,15 manat əsas, 6,55 manat faiz 215,51 manat cərimə olmaqla, ümumilikdə 231,21 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin Bank ilə 29.10.2014-cü il tarixdə bağladığı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətində 300 manat məbləğində kredit xətti açılmışdır. 30.05.2017-ci il tarixli KM037TO5170039S01 nömrəli Əlavə sazişə əsasən “Kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsi” ifadəsi kredit müqaviləsi istifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı krediti 647703 saylı 29.20.2014-cü il tarixli müqavilə üzrə 212,38 manat əsas borc, 228,64 manat faiz borcu təşkil etmişdir. Əsas borc üzrə qalıq- 212,38 manat kreditə çevrilmişdir. Kreditin müddəti 30.05.2018-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən X4 müəyyən edilmiş müddətdə kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 9,15 manat əsas, 6,55 manat faiz 215,51 cərimə borcu olmaqla, ümumilikdə 231,21 manat borcu yaranmışdır. Bankın nümayəndəsi Həsənli Hikmət məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan “647703 saylı, 29.10.2014-cü il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə” 1№li, 30.05.2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, 647703 saylı, 29.10.2014-cü il tarixli Dəmir Taksit kredir kartı üzrə borcalanın (hazırkı iş üzrə cavabdehin) əsas borc üzrə qalığı 212,38 manat, faiz borcu üzrə qalığı 228,64 manat təşkil etmişdir. Borcalanın kreditor qarşısındakı əsas borc üzrə qalığı-212,38 manat kreditə çevrilmiş və kreditin müddəti 30.05.2018-ci ilədək uzadılmışdır. Bank tərəfindən verilmiş maliyyə arayışından görünür ki, müqavilə müddətinə cavabdehin kredit müqaviləsi üzrə 9,15 manat əsas, 6,55 manat faiz, 215,51 manat cərimə borcu olmaqla, ümumilikdə 231,21 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin Banka cəmi 231,21 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən 9,15 manat kredit borcunun, 6,55 manat faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 215,51 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 10 manat müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən Bankın xeyrinə 9,15 manat əsas, 6,55 manat faiz, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 25,70 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 9,15 manat əsas, 6,55 manat faiz, 10 cərimə borcu olmaqla, ümumilikdə 25 (iyirmi beş) manat 70 (yetmiş yetmiş) qəpik məbləğində borc və dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1774/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1774/2021
19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver