Məhkəmə qərarları › İş №2(039)-1775/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1775/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1775/2020 01.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 45000 (qırx beş min) manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıdan xx xxxx 2020-ci il tarixdə, xx xxxxxx 2020-ci il tarixədək qaytarmaq şərti ilə 45000 manat borcu pul almışdır. Cavabdeh ilə aralarında xx xxxx 2020-ci il tarixdə müqavilə bağlanmış və cavabdeh 45000 manat pulu təhvil almağı barədə aralarında akt tərtib edilmişdir. xx xxxx 2020-ci il tarixli borc müqaviləsini və həmin tarixli aktı cavabdeh şəxsən özü imzalamışdır. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli borc müqaviləsinin şərtlərinə uyğun olaraq pulu ona vaxtında qaytarmamışdır. İddiaçı teleqram göndərərək,işə onun iştirakı olmadan baxılmasını və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddiaçı X2 tərəfindən irəli sürülmüş iddia tələbini etiraf etdiyini, tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməsini və iddiaçının tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, borc verən X2 ilə borc alan Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli borc müqaviləsindən görünür ki, Quliyev X1 Məhi Asim oğlundan 45000 manat pul almış və həmin məbləği xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində cavabdehə borc kimi verdiyi 45000 manat məbləğin geri qaytarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə yazılı ərizə verməklə iddianı tam etiraf etmişdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul edilməli və iddia tələbi təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 45000 (qırx beş min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar