Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1783/2021 16.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “FİNCA Azerbaijan” MMQBKT Cavabdeh və X2 qarşı pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “FİNCA Azerbaijan” MMQBKT Cavabdeh və Aqil Hüseynova qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 2,983.19 USD, faiz borcu üzrə 176 USD, cərimə üzrə 58.10 USD, cəmi 3217.29 USD məbləğində borcun və 20 AZN məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT səlahiyyətli nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir. İddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin hüquqşünası Ramil Heydərov teleqram göndərərək edərək işdə nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq həmin işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi Ramil Xanlarov məhkəmə iclas zamanı vəsatət təqdim edərək iddia ərizəsini baxılmamış saxlanılmasını xahiş etmişdir. Mülki Prossesual Məcəllə: Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Maddə 69.3. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Maddə 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Mülki prosessual qanunvericiliyin qeyd edilən tələblərinə görə iddiaçının səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edilməklə nümayəndəsi məhkəmə iclasında iştirak etməli, iştirak edə bilmədikdə isə bunun üzrlü səbəblərdən baş verməsini təsdiq edən sübutlar təqdim edilməklə münasibət bildirməlidir. Lakin, İddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin adından Ramil Heydərov adlı şəxs məhkəməyə müraciət etsə də, buna dair səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin iclasına gəlmədiyindən, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.7, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı “FİNCA Azerbaijan” MMQBKT Cavabdeh və X2 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsimi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1783/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1783/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver