Məhkəmə qərarları › İş №2(039)-1784/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1784/2020

22.09.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1784/2020 22.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər şöbəsinin nümayəndəsi X10 və Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-nə qarşı «istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-nə qarşı «istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ASC və Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər Şöbəsi tərəfindən hər ay 190 manat olmaqla, xx xxxxxx 2019-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 1000 manat, mənəvi zərər görə hər cavabdehdən 5000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 ASC iddia ərizəsinə etiraz ünvanlayaraq, İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin Cavabdeh2 ASC tərəfindən ödənilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Yevlax şəhəri 57 nömrəli SMDdə suvaqçı işləyərkən 1989-cu il tarixdə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almışdır. Buna görə 57 saylı SMD-dən hər ay müavinət alırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə işlədiyi 57 nömrəli X6 Cavabdeh2 ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə Cavabdeh2 ASC-nin balansına keçənədək 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC-nin tərəfindən isə 2005ci ildən xx xxxxxx 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314S xx xxxxxxx 2005-ci il tarixli sərəncamında 57 nömrəli X6 Cavabdeh2 ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da Cavabdeh2 ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqdar Cavabdeh2 ASC-dən 138 manat ödənc alırdı. Ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməmişdir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966 manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə Cavabdeh2 ASC-yə müraciətlər etmiş, ona ödəniləcək məbləği tələb etmişdir. Lakın həmin məbləğ ona qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanları olaraq o aidiyyatı ödənci artıq 9-cu aya keçir ki, almır. Cavabdeh2 ASC-nin Yevlax rayonunda da idarəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 374S nömrəli sərəncamı ilə X23 57 nömrəli SMD Cavabdeh2 ASC-nin balansına verilmişdir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur. Həmin məbləğ ona ödənilmədiyinidən hazırki iddia ərizəi ilə məhkəməyə mürciət etmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında izzah etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2005-ci il tarixli, 314S saylı Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 nömrəli X9 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi ilə əlaqədar Dövlət Əmək Müfəttişliyinin xx xxxx 2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış X11 və İddiaçı xx xxxxxx 2019-cu il tarixədək aylıq ödəncin verilməsi həyata keçirilmişdir. Lakin həmin müəssisədə işləmiş X3 Kəndtikinti” 57 nömrəli X4 xəsarət aldığı üçün digər işçilər kimi aylıq ödəncin verilməsini tələb ilə əlaqədar məhkəmə prosesləri zamanı verilən aylıq ödənclərin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilməli olmadığı Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-1052/2019 nömrəli və xx xxxxxxx 2019-cu il tarixli 2(103)-9781/2019 nömrəli il tarixli qətnamələri ilə müəyyən olunduğu üçün, X11 və İddiaçı aylıq ödəncin verilməsi dayandırılmışdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyinə təqdim edir. Yenə həmin qaydaların 5.3-cü bəndinə əsasən bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X18 xx xxxxxx 2018-ci il tarixdə müraciətimiz əsasında cavab olaraq “Yevlax Kəndtikinti” 57 nömrəli X5 hüquqi varisi aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin iş üzrə məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq “Yevlax Kəndtikinti” 57 nömrəli X9 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin balansına xx xxxxxxx 2005-ci il tarixdə verilmiş, lakin özəlləşdirilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər şöbəsinin nümayəndəsi X14 məhkəməyə izah etdi ki, “Yevlax Kəndtikinti” 57 nömrəli X9 Cavabdeh2 ASC-nin balansına verilmişdir. Cavabdeh2 ASC “Yevlax Kəndtikinti” 57 nömrəli X5 hüquqi varisi olmasa da, həmin dəstə onların balansına keçmişdir. Balansa keçərkən də, öz öhdəlikləri ilə birlikdə keçmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-422/2020 saylı qətnaməsindən məlum olur ki, İddiaçı hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən 966 (doqquz yüz altmış altı) manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi təmin edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx xxxx 2020-ci il tarixli **********6 saylı məktubundan məlum olur ki, İddiaçı istehsalatda aldığı əmək xəsarəti ilə əlaqədar zərərə görə aylıq ödəncin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 32220166 saylı arayışından məlum olur ki, İddiaçı 2-ci qrup əlilliyinə görə 233.20 manat əmək pensiyası alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının “Yevlax Kəndtikinti” 57 saylı X1 işlədiyi dövrdə əmək zədəsi alması, 60 % əmək qabiliyyətini itirmiş və müddətsiz İİ qrup əlil hesab edilməsi, Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə “Yevlax Kəndtikinti” 57 saylı X7 Cavabdeh2 ASC-nin balansına verilməsi, Dövlət Əmək Müfəttişliyinin xx xxxx 2009-cu il tarixli 001352 nömrəli göstərişi əsasında həmin müəssisədə xəsarət almış iddiaçıya xx xxxxxx 2019-cu il tarixədək aylıq ödəncin verilməsinin həyata keçirilməsi, həmin tarixdən ödəncin dayandırılması hazırkı işin mübahisəsiz halıdır, bu faktları tərəflər və işdə olan sübutlar təsdiq edir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisəslərinin, xx xxxxxxxx 2003-cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin və Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Qaydaların 5.1-ci bəndinə görə, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmayaraq, 2003-cü ilin oktyabrın 1-dən etibarən, bu Qaydaların 2.1.1 və 2.1.2-ci bəndlərində göstərilən dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək, 2.1.3-cü bəndində nəzərdə tutulan müəssisələrin isə onları idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.3-cü bəndində görə, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinin yerli orqanları tərəfindən həyata keçirilir. Qaydaların 4.3-cü bəndinə əsasən aylıq müavinəti almaq üçün müraciət olunmadıqda, aylıq ödənc təqsirkar müəssisə tərəfindən mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-422/2020 saylı qətnaməsində qeyd dilmişdir ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Dövlət Əmək Müfəttişliyinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubun məzmundan müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.10-cu bəndinə əsasən iddiaçının xəsarət aldığı “Yevlax Kəndtikinti” 57 saylı X7 Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 314 s nömrəli Sərəncamı ilə Cavabdeh2 ASC-nin balansına verildiyindən, həmin müəssisə zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyi halda onun hüquqi varisi olaraq zərərçəkənə zərərin əvəzini iddiaçıya ödəməlidir. X16 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(107)-422/2020 saylı qətnaməsi ilə İddiaçı hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixədək ödənilməyən 966 (doqquz yüz altmış altı) manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi təmin edilməsi qət edilmişdir. Məhkəmə yekunda müəyyən etdi ki, cavabdeh olan Cavabdeh2 ASC tərəfindən iddiaçıya istehsalat xəsarətinə görə ödədiyi ödəncin dayandırılmasının hüquqi əsası olmamış və hər hansı bir qərara əsaslanmamışdır. İddianın maddi və mənəvi zərər hissəsi iddiaçı tərəfindən məhkəməyə maddi və mənəvi zərərin vurulmasına dair sübut təqdim edilmədiyindən təmin edilməsin. Həmçinin ödənc Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməli olduğundan iddianın Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət X19 Yevlax şəhər şöbəsinə qarşı olan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasında 2019-cu il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2019-cu ildən üçün yaşayış minimumu 180 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasında 2020-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən x xxxxxx 2020-ci ildən üçün yaşayış minimumu 190 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixədək ödənilməyənhər ay 180 manat, xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsin. Həmin ödəniş hər ay Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar