Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1795/2025 03.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair işə 03 noyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3476 manat məbləğində maddi ziyanın və 54.76 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 yanvar 2025-ci il tarixli etibarnamə ilə istifadəsində olan Hunday Santafe markalı **-LK-*** dövlət nömrə nişanlı minik avtomobili 25 yanvar 2025-ci il tarixdə Hunday H72 (evakuator) markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh yol hərəkətləri qaydasını pozması nəticəsində zəncirvari qəza baş vermiş və onun avtomobilinə və digər dörd minik avtomobilinə ciddi ziyan dəymişdir. Cavabdehin sığortacısı "xxxx" ASC zərərçəkənlərə dəyən ziyanı hesablamış və o cümlədən istifadəsində olan avtomobilə 4000 manat ziyan dəydiyi barədə akt tərtib etmişdir. Sığortacı tərəfindən ona dəymiş zərərin əvəzi kimi cəmi 1914 manat pul ödənilmişdir. Sığortacı zərəin əvəzinin ancaq bir qismini ödəməsini onunla izah etdi ki, bir sığorta hadisəsi zamanı qanunvericiliyə görə ödəniş cəmi 5000 manat müəyyən olunmuş və digər zərərçəkmişlərə dəymiş zərərə görə mütənasib bölünmüşdür. Onu da qeyd etmişdir ki, avtoqəza hadisəsi zamanı avtomobilin aşağı sürətlə və hərəkət etdiyindən arxadan dəymiş güclü zərbə nəticəsində avtomobilin sürətlər qutusuna ciddi ziyan dəymişdir. Bu səbəbdən də qəza anından başlayaraq sürətlər qutusu təmir edilənədək avtomobil hərəkət edə bilməmişdir. surətlər qutusunun təmiri üçün tərəfindən əlavə olaraq 1390 manat xərc çəkilmişdir. "xxxx" ASC-nin zərərin əvəzi olaraq ona ödədiyi 1914 manatı çıxmaqla qalan 2086 manat və sürətlər qutusunun təmiri çəkdiyi xərci 1390 manat, cəmi 3476 manat pulu cavabdeh ona könüllü olaraq qaytarmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə teleqramla müraciət edərək iş üzrə Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə bildirişi qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün geri qaytarılmış, sözügdən bildirişin nümayəndəlik vasitəsilədə çatdırıması mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 iyun 2025-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 56 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 mart 2025-ci il tarixli Aktdan görünür ki, “Hyundai Santafe” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin düşdüyü qəza hadisəsi zamanı həm arxadan dəymiş zərbə, həm də ön tərəfdən digər avtomobilə çırpılması sürətlər qutusunun daxilinə soyuducu mayenin daxil olması səbəbi ilə sürətlər qutusu yararsız hala düşmüş və cəmi xərci 1390 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 yanvar 2025-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, “Hyundai Santafe” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 ay 20 gün müddətinə, yəni xx.xx.2025-ci il tarixədək İddiaçı sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, ərizə vermək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlə, qeydiyyatdan çıxarmaq hüququ verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verməsində Təqsirli olan şəxs Cavabdeh, nəqliyyat vasitəsi “Hyundai HAD 72” xüsusi təyinatlı, dövlət qeydiyyat nişanı **-LC-*** qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə “X4” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Mercedes E320 CDİ” minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Volkswagen Touaran” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə” arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Renault Megane” minik markalı, **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli hesablama aktından görünür ki, İddiaçı məxsus “X4” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ümumi yekun 4000 manat xərc müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 001110 №-li ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı hesabına sığorta aktına əsasən 1914 manat pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 noyabr 2019-cu il tarixli, AZ-İİ 378748 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə İddiaçı 29 noyabr 2019-cu il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, idarə etdiyi “Hyundai HD 72” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə iş materiallarından məlum olur ki, Cavabdeh təqsiri ucbatından yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomobilinə 5390 manat zərər dəymiş və həmin zərərdən 1914 manat məbləğində pul "xxxx" ASC tərəfindən ödənilmiş, qalan 3476 manat isə hazırda ödənməmişdir. Hazırda isə qalan 3476 manat təşkil edir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3476 manat pul və 54.76 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3476 manat pul və 54.76 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1795/2025
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1795/2025
03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver