Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-181/2022 08.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 X2 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1lə bağlanmış kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 005A********** saylı kredit müqaviləsi üzrə 1,581.8 manat kredit borcu, 259.44 manat faiz borcu və 691.33 manat məbləğində cərimə, 005A********** saylı kredit müqaviləsi üzrə 1,652.92 manat kredit borcu, 296.17 manat faiz borcu və 801.76 manat cərimə, cəmi 5,263.42 manat və ödənilmiş 72.63 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 13.02.2020-ci il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2,000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 28.10.2020-ci il tarixli 005A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 13.01.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 418.2 manat ödəniş etmiş və onun iddiaçıya 1,581.8 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 10.11.2021-ci il tarixə 297 gün üçün hesablanmış faiz borcu 239.44 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 10.11.2021-ci il tarixə 297 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 691.33 manat təşkil edir. Cavabdeh1 İddiaçı QSC ilə 18.10.2019-cu il tarixdə bağladığı 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.3333% olmaqla 24 ay müddətində kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzr hissə qaytarmaq şərti ilə 2400 (iki min dörd yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 28.10.2020-ci il tarixli 005A**********S saylı sazişlə müqaviləyə ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, müqaviləsi üzrə aylıq üçün ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət qaytarmamışdır. O, götürdüyü kredit borcundan 747.08 manat ödəniş etmiş və onun iddiaçıya 1,652.92 məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmasına kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasın hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı 10.11.2021-ci il tarixə 323 gün üçün hesablanmış faiz borcu 296.17 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti hesablanmış faizi vaxtında qaytarmadıqda hər gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 10.11.2021-ci il tarixə 323 gün üçün kredit müqaviləsi üzrə hesablanmış 801.76 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəlik icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür 1 nəmin zaminlik müqaviləsinin 1-ci b: əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn. öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1lə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı QSC-nin nümayəndəsi Aidə Osmanlı teleqramla məhkəməyə müraciət edərək üzrlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edib iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək maddi vəziyyətlərinin aşağı olduğunu, cərimənin silinməsini və işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişlər. Təqdim olunan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya aylıq faiz dərəcəsi 2.3333 % olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 2,400 manat məbləğində kredit verilmiş, 28.10.2020-ci il tarixli sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilərək, müddət 18 fevral 2022-ci il tarixədək uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 18.10.2019-cu il tarixli 005G**********01 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, sonuncu, 18.10.2019cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaq barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 dəyişikliyə dair sazişi də imzalamışdır. Maliyyə arayışına əsasən, 18.10.2019-ci il tarixli 005A********** saylı sazişlə müqaviləyə 1,652.92 manat əsas, 296.17 manat faiz borcu yaranmış, 801.76 manat cərimə hesablanmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.02.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 2,000 manat məbləğində kredit verilmiş, 28.10.2020-ci il tarixli 005A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilərək, müddət 13 iyun 2022-ci il tarixədək uzadılmışdır. Maliyyə arayışına əsasən, 13.02.2020-ci il tarixli 005A********** saylı kredit razılaşması üzrə 10 noyabr 2021-ci il tarixə 1,581.8 manat əsas, 239.44 manat faiz borcu yaranmış, 691.33 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər Elgün edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi əsasında sonuncuya aylıq faiz dərəcəsi 2.3333 % olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 2,400 manat, 13.02.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə isə aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə 2,000 manat kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsi əsasında sonuncu, yalnız 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə birgə öhdəlik daşımağı üzərinə götürmüşdür. Kredit müqavilələri üzrə öhdəlik Cavabdeh1 tərəfindən lazımınca icra edilməməsi nəticəsində borc yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehlərdən hər iki müqavilə üzrə müştərək qaydada borcun tutulması xahiş olunsa da, Cavabdeh2 zaminlik müqaviləsi əsasında yalnız 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. Qeyd edilən kredit müqavilələri üzrə əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmiş, cavabdehlər bunu mübahisələndirməmişlər. Lakin, məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə tünasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 60 manat, 13.02.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 40 manat müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqavilə üzrə yaranmış borc, müəyyən edilmiş cərimə, habelə məhkəmə xərclərinin əvəzi cavabdehlərdən müştərək qaydada, 13.02.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə isə yalnız Cavabdeh1 iddiaçının xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış kredit müqavilələri ləğv edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 1,652.92 manat əsas, 296.17 manat faiz borcu, 60 manat cərimə, habelə 72.63 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,081 (iki min səksən bir) manat 72 (yetmiş iki) qəpik İddiaçı QSCnin xeyrinə tutulsun. 13.02.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1,581.8 manat əsas, 239.44 manat faiz borcu, 40 manat cərimə, cəmi 1,861 (bir min səkkiz yüz altmış bir) manat 24 (iyirmi dörd) qəpik İddiaçı QSC-nin xeyrinə tutulsun. Tərəflər arasında bağlanmış 13.02.2020-ci il tarixli 005A********** saylı kredit müqaviləsi və 18.10.2019-cu il tarixli 005A********** saylı kredit müqaviləsi ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-181/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-181/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver