Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1816/2021 20.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qabalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 oğluna, Cavabdeh5 və X1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 qarşı “qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 27.09.2019-cu il tarixli 025R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 26843,54 manat məbləğində kredit borcu, 5647,14 manat məbləğində faiz borcu və 9975,12 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 42565,80 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeyd alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun, 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Yevlax şəhəri Q.Quliyev küçəsində xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 43465,80 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Cavabdeh3 Yevlax şəhəri Q.Quliyev küçəsində xüsusi mülkiyyətində olan ev 6, 11 saylı mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra həmin evə cavabdehlərin istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasına iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Kredit məbləğini də məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə almışdır. Belə ki, götürdüyü məbləğə idman zalı açmış, lakin pandemiya ilə əlaqədar idman zalları işləmədəyi üçün gəlir əldə etməmiş və borcunu ödəyə bilməmişdir. İş materiallarında olan 27.09.2019-cu il tarixli, 025R********** №li kredit müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh1(VÖEN **********) illik 1.6667 faiz ödəmək şərti ilə 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunanlar əsasında müəyyən olunur ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Bu səbəbdən hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 26.1, 32.4, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və X1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1816/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1816/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver