Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1816/2022 27.10.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,950 manat məbləğində pulun və dövlət rüsumu kimi banka ödədiyi 39.50 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh tanış olduğundan oğlunun göz əməliyyatı ilə əlaqədar olaraq 2019-cu ilin iyul ayının axırlarında 950 manat məbləğində borc pul almışdır. Cavabdeh ehtiyacı olduğuna görə 2019-cu ilin noyabr ayının əvvəllərində yenidən 1,000 manat məbləğində borc pul vermişdir. O, borc aldığı pulları 2019-cu ilin dekabr ayının axırlarına kimi qaytarmağa söz versə də, borcunu bu günədək qaytarmamışdır. Cavabdeh borclu olduğu 1,950 manat məbləğində pulu dəfələrlə tələb etsə də o, hər dəfə müəyyən bəhanələr gətirərək nə vaxt pulu olarsa qaytaracağını bildirir. Pensiyaçıdır, maddi vəziyyəti çətindir, pula ehtiyacı vardır. Ona görə də Cavabdeh 1,950 manat məbləğində pulun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərrək iddianın təmin edilməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh Nəsimi, 29-də yaşayıram İddiaçı 950 manat pul aldım. Doqquz əli manat aldım. imza Cavabdeh” Digər qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh Nəsimi, 29-də yaşayıram İddiaçı 1,000 min manat aldım. Borc aldım imza Cavabdeh” Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, Cavabdeh iddiaçıdan iki dəfəyə 1,950 manat borc pul götürərək ödəyəcəyinə dair vəd versə də, üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1,950 manat, habelə 39.50 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,989 (bir min doqquz yüz səksən doqquz) manat 50 (əlli) qəpik İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1816/2022
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1816/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver