Məhkəmə qərarları › İş №2(039)-182/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-182/2020

14.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-182/2020 14.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu zərərin məbləği olan 6700 manat miqdarında vəsaitin və ödədiyi 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxx 2019-cu il tarixdə saat 00:05 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 16-cı kilometrində onun idarə etdiyi “Mersedes Benz C230” markalı, 99-LR- 787 dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehin idarə etdiyi “Volkswagen Jetta” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşaraq nəticədə o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almışdir. Belə ki, döş qəfəsi əzilmiş yəni, küt travma almış və 1 saylı TTTM X3 ilkin müalicə almış və daha sonra o Arif Heydərov adına DİN-nin Hospitalında müayinə və müalicəsini davam etdirmişdir. Sumqayıt şəhər MTE və PA Şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, 655 saylı rəydə də aldığı xəsarətlər öz əksini tapmışdır. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1074/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddia ərizəsinə əlavə etdiyi X1 xx xxx 2019-cu il tarixli, E/228 saylı ziyan aktının surətindən də görünür ki, Mersedes Benz C230 markalı 1998-ci il buraxılışlı, saz vəziyyətdə olan avtomobilin kuzasının tam yararsız hala düşməsi və onun ayrı-ayrı ehtiyat hissələrinin sıradan çıxması səbəbindən bu tip avtomobilin əsaslı təmirə qoyulması və saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri-mümkündür. Aktın qeyd hissəsində Mersedes Benz C230 markalı 1998-ci il buraxılışlı, saz vəziyyətdə olan avtomobilin bu günki bazar qiyməti Turbo.az saytına əsasən 11700 (on bir min yeddi yüz) manat təşkil edir. Ona məxsus Mersedes Benz C230” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 11700 (on bir min yeddi yüz) manat məbləğində olan ziyanın 5000 (beş min) manatı avtomobili sığortalı olduğu üçün Sığorta Şirkəti tərəfindən ödənilmişdir. O bir müddət X5 müalicə aldı. Cavabdeh isə bir dəfə də olsun törətdiyi qəzada xəsarət almağına baxmayaraq ona baş çəkməmiş və hal-xətrini soruşmamışdır. Ona dəymiş ziyanın 6700 (altı min yeddi yüz) manat hissəsi ödənilməmiş qalmışdır. Hesab edir ki, törətdiyi qəzada həm özü xəsarət aldığı, həm də avtomobilinə dəymiş ziyan bir hissəsi yəni, 6700 manatı cavabdeh tərəfindən ona ödənilməlidir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, tərəflərin hər ikisinə avtoqəza nəticəsində ziyan dəymişdir. İddiaçıya dəymiş ziyanın bir hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Buna baxmayaraq iddiaçının avtomobili də tam yararsız hala düşməmiş, yəni yararlı hissələri də çox olmuşdur. Həmin avtomobil də, iddiaçıda qalmışdır. Belə olan halda iddiaçıya dəymiş ziyan tam şəkildə ödənilmiş olur. Hazırkı iddia əsassızdır. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh xx xxxxxxx 1990-cı il tarixdə Yevlax rayonu, Bəydilli kəndində anadan olmaqla, Yevlax rayonu, Bəydilli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Suraxanı RPİsi tərəfindən xx xxxxxx 2008-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1970-ci il tarixdə Ermənistan Respublikasında anadan olmaqla, Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi “Şərq” Y/S, ev 1, mənzil 25-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxx 2019-cu il tarixdə Xəzər-Lada ASC-nin X1 X6 tərəfindən verilmiş E/228 saylı ziyan aktından məlum olur ki, “Mersedes Benz C230” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin kuzasının tam yararsız hala düşməsi və onun ayrı-ayrı ehtiyyat hissələrinin sıradan çıxması səbəbindən bu tip avtomobilin əsaslı təmirə qoyulması və əvvəlki saz vəziyyətə gətirilməsi texniki cəhətdən qeyri mümkündür. “Mersedes Benz C230” markalı, 1998-ci il buraxılışlı, saz vəziyyətdə olan avtomobilin bugünki bazar qiyməti turbo.az saytına əsasən 11700 manatdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2017-ci il tarixdə DİN BDYPİ QİS tərəfindən verilmiş AC 942787 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, “Mersedes Benz C230” markalı, **- LR-*** qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2386/2019 saylı qərardadından məlum olur ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 286 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş “xxxxxxxxxx” ASC-nin xx xxx 2019-cu il tarixli qüsur aktına əsasən 1998-ci il buraxılışlı “Mersedes Benz C230” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri texniki cəhətdən mümkün deyildir. İnternet (sayt: Azturbo) məlumatlarına və mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı 1998-ci il buraxılışlı “Mersedes Benz C230” markalı avtomobilin hazırki nəzəri orta bazar qiyməti təxminən 11700 manat müəyyən olunur. Beləliklə məhkəmədə müəyyən olundu ki, xx xxx 2019-cu il tarixdə saat 00:05 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 16-cı kilometrində iddiaçı idarə etdiyi “Mersedes Benz C230” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdehin idarə etdiyi “Volkswagen Jetta” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil yolun Bakı istiqamətindəki hərəkət hissəsi üzərində toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1074/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçının avtomobili tam yararsız hala düşmüş və təmiri texniki cəhətdən mümkün deyildir. İstifadəyə yararlı 1998-ci il buraxılışlı “Mersedes Benz C230” markalı avtomobilin orta bazar qiyməti 11700 manatdır. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat ziyan ödənilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 6700 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 6700 manat və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə 6730 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Büdcə təsnifat kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3; Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6700 manat dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 6730 manat tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Büdcə təsnifat kodu: 142319; Büdcə səviyyəsinin kodu: 3; Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar