Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1823/2020 19.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X1” ASC Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə cavabdehdən 2,273.28 manat əsas, 34.77 manat faiz, cəmi 2,308.05 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təqdim edərək bu müddət ərzində ödənişlərin olduğunu bildirərək cavabdehdən 1,679.91 manat əsas, 53.79 manat faiz borcu, cəmi 1,733.70 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 5,000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixinə əsas borcu 2,273.28 manat, faiz borcu 34.77 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. “X1” ASC-nin nümayəndəsi Cavid Cavadov ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iclas zamanı bildirmişidir ki, həqiqətən qeyd edilən kredit müqaviləsi əsasında “X1” ASC-dən həmin məbləğdə kredit götürmüşdür. Lakin maddi çətinlikləri olduğu üçün həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra edə bilməmiş və bunun nəticəsində borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra da ödənişlər etmişdir. Yaranmış borcu yaxın zamanlarda hissə-hissə ödəyəcəkdir. Təqdim olunan xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsinin surətindən müəyyən olunur ki, bu müqavilə əsasında “X1” ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22 % ödəmək şərti ilə 5,000 manat məbləğində kredit verilmişdir. Kredit hesabından çıxarışa əsasən xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixə 1,679.91 manat əsas, 53.79 manat faiz borcu, ümumi 1,733.70 manat borcu mövcuddur. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlCavabdehkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi əsasında “X1” ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22 % ödəmək şərti ilə 5,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh tərəfindən lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Həmin borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməklə, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə 1,679.91 manat əsas, 53.79 manat faiz borcu, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat, ümumi 1,764 (bir min yeddi yüz altmış dörd) manat 10 (on) qəpik “X1” ASC-nin xeyrinə tutulsun. “X1” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1823/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1823/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver