Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1826/2020 03.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 840 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təxminən iki ildir ki, cavabdehləri tanıyır. Cavabdehlər ar-arvaddır. O, motosiklet ehtiyat hissələrinin satışı ilə məşğuldur və həmin şəxslərlə də bu vasitə ilə tanış olmuşdur. Birinci dəfə Cavabdeh2 2019-cu ilin avqust ayında Yevlax şəhər Mərkəzi Xəstəxanasında əməliyyat olunan zaman 100 manat məbləğində borc pul vermişdir. 2019-cu ilin dekabr ayında Cavabdeh2 ona yaxınlaşaraq lombardda kreditinin olduğunu bildirərək, 300 manat məbləğində ondan borc pul almış və özünə məxsus olan qızıl üzüyünü borc pul qarşılığında ona vermişdir. 2020-ci ilin may ayının üçündə Cavabdeh1 400 manat məbləğində borc pul vermişdir. Həmin vaxt Cavabdeh1 özünə məxsus olan maaş kartını da ona vermiş, lakin ondan borc pul aldıqdan sonra həmin kartı deaktiv etdirərək yeni maaş kartı əldə etmişdir. Daha sonra ona 200 manat məbləğində pulu geri qaytarmışdır. Lakin ayrı-ayrı vaxtlarda yenidən 240 manat məbləğində borc pul almışdır. Cavabdehlərə verdiyi 840 manat pulunu geri qaytarmaqlarını tələb etmişdir. Cavabdehlər isə həmin pulu qaytaracaqlarına söz versələr də, bu günə kimi pulu qaytarmamışdır. Hər dəfə cavabdehlərdən pulu tələb edəndə müxtəlif bəhanələrlə borclarını qaytarmaqdan imtina edirlər. Bununla bağlı Cavabdeh1 ilə aralarında olan borca dair "sms" yazışmaları olmuş, həmin yazışmalardan da görünür ki, cavabdeh borcu etiraf etmiş və qaytaracağına söz vermişdir İddiaçı xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesləri barədə cavabdehlərin məlumatı olmasına baxmayaraq, cavabdehlərin məhkəmə proseslərindən qərəzli olaraq yayındığını, bu halın isə məhkəmə prosesinin süni şəkildə uzadılmasına səbəb olmasını əsas gətirərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 840 manat məbləğində pul vermiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 840 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 840 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 840 (səkkiz yüz qırx) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. Cavabdehlər qiyabi-qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1826/2020
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1826/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver