Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1831/2020 14.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Qurban oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh3 Qurban oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 115.LN.2102.080415.00007saylı kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 536,86 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 37,68 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1301,67 manat, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 85,40 manat, cəmi isə 1961,61 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30,40 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli 115.LN.2102.080415.00007 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 Qurban oğluna illik 29% faizlə, 24 ay müddətinə 3000 manat məbləğində təmir-tikinti işləri məqsədi üçün kredit verilmişdir. Kredit müqaviləsinin 3.4.2. bəndinə əsasən, borcalan bankdan aldığı kredit və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh1 ilə həmin tarixdə 115.CL.080415.00007/c saylı, Cavabdeh2 ilə həmin tarixdə 115.CL.080415.00007/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh1 və Cavabdeh2 borclunun Bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq cavabdeh X2 müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 536,86 manat əsas, 37,68 manat faiz, 1301,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış 85,40 manat faiz borcu olmaqla, cəmi 1961,61 manat məbləğində borcu mövcuddur. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 X3 Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə məhkəməyə ərizə göndərərək iştirakları olmadan işə baxıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Banka borcunun olduğunu, lakin maddi imkanı aşağı olduğu üçün borcunu ödəyə bilmədiyini bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 pulun Cavabdeh3 verildiyini və bu səbəbdən ona münasibətdə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 115.LN.2102.080415.00007 №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh3 illik 29 faiz ödəmək şərti ilə 24 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 115.LN.2102.080415.00007 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 və Cavabdeh2 Qəzənvər oğlu arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə536,86 manat əsas, 37,68 manat faiz, 1301,67 manat cərimə və 85,40 manat hesablanmış faiz borcu olmaqla, cəmi 1961,61 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh3 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh3 banka olan 536,86 manat əsas, 37,68 manat faiz, 1301,67 manat cərimə və müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış 85,40 manat faiz borcu olmaqla, cəmi 1961,61 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Göründüyü kimi, Bank ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehlərin üzərinə düşür. Cavabdeh3 isə Banka olan borcunun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməli, Banka olan borcu tam həcmdə ödəməlidir. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərindən mövcud mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, borcalan Cavabdeh3 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyri öhdəliklərə görə Bank qarşısında məsuliyyət daşıyır və Banka olan borcunu ödəməlidir. Yuxarıda qeyd edildiyi kimi, “Kredit müqaviləsi” üzrə cavabdehlərin 536,86 manat əsas borcu, 37,68 manat faiz borcu, habelə 85,40 manat müqavilə bitdikdən sonra hesablanmış faiz borcu vardır. Məhkəmə hesab edir ki, iddiaçı Bank yuxarıda qeyd edilən məbləğlərin Cavabdeh3 öz xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Tələb həmin hissədə əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, iddia müzakirə olunan hissədə qismən təmin edilməli, cavabdeh tərəfə hesablanan 637,30 manat məbləğində cərimə borcu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Digər cavabdehlər-zamin Cavabdeh1 və Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflərarasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqavilələrində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, həmin müqavilələr, borcalanın borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir.Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görəəqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsiüzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 536,86 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 37,68 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 50 manat, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 85,40 manat, cəmi isə 709,94 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30,40 manat məbləğində pul Cavabdeh3 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1831/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1831/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver