Məhkəmə qərarları › İş №2(039)-1864/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1864/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1864/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavababdehin yaşadığı Yevlax şəhəri X4 küçəsi ev 2B/7 ünvanında yerləşən mənzildə saxlanılan ona məxsus olan 150 manat dəyərində 1 ədəd balaca taxt və tumboçkalar, 150 manat dəyərində 1 ədəd stenka, 100 manat dəyərində 1 ədəd şifoner, 50 manat dəyərində 1 ədəd böyük döşək, 30 manat dəyərində 1 ədəd balaca döşək, 30 manat dəyərində 1 ədəd yorğan, 15 manat dəyərində 1 ədəd uşaq ədyalı, 20 manat dəyərində 1 ədəd taxt üstü, 40 manat dəyərində 2 ədəd balış, 120 manat dəyərində 2 ədəd lüstr, 600 manat dəyərində 1 ədəd “Beko” markalı, soyuducu, 50 manat dəyərində 1 ədəd televizor altlığı, 300 manat dəyərində 1 ədəd ətçəkən, 200 manat dəyərində 1 ədəd sokçəkən, 150 manat dəyərində 1 ədəd krosna aparatı və tavası, 60 manat dəyərində 1 ədəd su matoru, 200 manat dəyərində 1 ədəd “Beko” markalı paltaryuyan, 30 manat dəyərində termus və çaynik, 10 manat dəyərində 1 ədəd su dolçası, 30 manat dəyərində elektrik qızdırıcısı, 30 manat dəyərində 1 ədəd stol, 150 manat dəyərində 3 ədəd pərdə dəsti, 250 manat dəyərində duxovka, 30 manat dəyərində 1 ədəd duxovka altı, 150 manat dəyərində 1 ədəd DVD, ona və uşağa aid pal-paltarlar və müxtəlif növ qab-qacaqların və ya onların dəyərinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 19 oktyabr 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar