Məhkəmə qərarları › İş №2(039)-1869/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1869/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1869/2021 16.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh prosessual hüquq varisi Nümayəndə iştirakı ilə, İddiaçı (İB) X1 İstismar İdarəsinin (RQİİ) Cavabdeh qarşı 554.50 manat borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Kreditor İddiaçı İB Tərtər RQİİ borclu Cavabdeh qarşı təbii qazdan istifadəyə görə yaranmış 554.50 manat borcunun abonentin **********00080 saylı koduna və 20.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun isə İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ3 **********440028343 nömrəli hesabına (VÖEN/**********) köçürülməsi tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Cavabdeh oğlu Nümayəndə məhkəmə əmrindən etiraz təqdim etmişdir. Etirazı belə əsaslandırmışdır ki, məhkəmə əmrinin qəbul olunmasından 4 il əvvəl borclu hesab edilən anası Elmira Məmmədov vəfat etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə iclas zamanı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqdim edilmiş AZ-İ 539430 nömrəli ölüm haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh 15 iyun 2012-ci il tarixdə ölmüşdür. Mülki Prosessual Məcəllə: Maddə 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, hazırkı halda Cavabdeh iddiaçı məhkəməyə ərizə ilə müraciət etməzdən öncə öldüyündən iş üzrə icraata xitam verilməlidir. Belə ki, ölmüş şəxsə qarşı iddia qaldırıla bilməz. İddiaçına izah edilməlidir ki, mübahisə predmeti olan borc tələbi ilə bağlı hüquqi varislər müəyyən edildikdən sonra onlara qarşı yenidən məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.7, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı İB Tərtər RQİİ-nin Cavabdeh qarşı 554.50 manat borc tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar